Futbolçuya banan atdılar

12:30 29-09-2022 | icon 388 | İdman
Futbolçuya banan atdılar

FİFA araşdırma başlatdı

 

FİFA Rişarlisona banan atılması ilə bağlı araşdırmaya başlayıb.

 

İnsident sentyabrın 27-də Fransa paytaxtındakı “Park de Prens” arenasında keçirilən Tunis və Braziliya yığmaları arasındakı yoldaşlıq oyunu zamanı baş verib.

 

Vurduğu qolu bayram edən “Tottenhem” və Braziliya millisinin hücumçusu Rişarlison meydanın sağ küncündən bayraq tərəfə qaçıb və bu zaman onun istiqamətində tribunalardan banan atılıb.

 

“FIFA irqçiliyin və zorakılığın istənilən formasını qətiyyətlə pisləyir, futbolda bu cür davranışa sıfır dözümsüzlük mövqeyindən çıxış edir. FİFA Parisdə dünənki oyunda baş verən insidenti araşdırır”, - deyə qurumdan yayılan məlumatda bildirilib.

 

Qeyd edək ki, Rişarlisonun vurduğu qol Braziliya seçməsinin ikinci qolu olub. Oyun 5-1 cənubi amerikalıların xeyrinə başa çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ