"Qərb bu anlaşmanı istəyir"

16:40 01-10-2022 | icon 632 | Geopolitika
"Qərb bu anlaşmanı istəyir"

Natiq Cəfərli: “...Hardansa silahlar, müttəfiqlər tapıb yenidən revanş əldə edə bilərlər”

 

2020-ci ildəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyllərinin getdikcə güclənir. Ermənistanın üçtərəfli bəyanatda əksini tapan tələblərin icrasından boyun qaçırır, xüsusilə Azərbaycan ərazisində hələ də qalmış hərçiləri və texnikanı çıxarmır, müxtəlif yollarla Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa və göcləndirməyə çalışır. Belə qeydlər var ki, əgər Ermənistan  Rusiyaya arxalanır və işğalçılıq siyasətini davam etdirirdisə, son hadisələr artıq bu ölkənin oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərdi. Hətta Ermənistanın artıq NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür.

 

Ermənistanı bölgədə gərginliyin saxlanmasına sövq edən qüvvələr kimdir və yaxud məqsəd nədir?

 

Politoloq Natiq Cəfərli Versus.az-a bildirib ki, bu gün Ermənistanın Azərbaycana qarşı davam edən təxribatlarının əsas səbəbləri daxildən qaynaqlanır. Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Ermənistanda hakimiyyətinin müxtəlif qollarına təsir edə biləcək qruplar, böyük güclər çoxdur.

 

Politoloq bu sırada birinci növbədə Rusiyanı  xüsusilə qeyd edərək, bu dövlətin erməni ordusuna əsas hakim olduiğunu deyib:

 

“Digər tərəfdən, Ermənistanda bir qrup revanşistlər var ki, indi sülh müqaviləsinin bağlanmasını böyük faciə sayırlar. Və bunu gələcəkdə onların hansısa hərəkətlilik imkanlarını məhdudlaşdıracağını düşünürlər.  Onlar  sülh müqaviləsinə kifayət qədər aqressiv yanaşırlar. Çünki düşünürlər ki, 5-10 il sülhü uzatsalar hardansa silahlar, müttəfiqlər tapıb  yenidən revanş əldə edə bilərlər”.

 

N.Cəfərli Ermənistanın hardansa silah aması ilə bağlı mümkün mülahizələrə də diqqət çəkib. Onun fikrincə, Ermənistan ayrıca bir dövlət kimi silah ala bilər. Azərbaycan buna hər hansısa formada maniəçilik törətmir. Politoloq bununla yanaşı mühüm məqama diqqət çəkib:

 

“Azərbaycanın həm silahlı qüvvələri, ordusu və silahla təhcizatı Ermənistandan bəlkə də 10-20-dəfə üstündür. Ermənilər bundan sonra illərlə çalışsalar belə Azərbaycanın çatdığı hərbi üstünlüyə yiyələnə bilməzlər.  Məlumdur ki, Azərbaycanın qurduğu ittifaqlar da var. Faktiki olaraq Şuşa Bəyannaməsi Azərbaycanı Türkiyə ilə hərbi müttəfiqə çevirib. Bunun özü də Ermənistan üçün keçilməz bir maniədir”.

 

N.Cəfərli eyni zamanda bildirib ki, Qərbin Ermənistanı dəstəkləməklə bölgədə gərginliyin yaranmasında maraqlı olması ilə bağlı fikirlərə bir qədər mübahisə ilə yanaşır.  Onun fikrincə, Qərb üçün Ermənistanla Azərbaycanın necə anlaşacağı, kimin udacağı, kimin uduzacağı maraqlı deyil:

 

“Qərb üçün fərqi yoxdur. Qərb bu anlaşmanı istəyir.  Amma Rusiya üçün kimin uduzub -uduzmayacağı maraqlıdır. Çünki Rusiyanın böyük sülh sazişinin imzalanmasında heç bir marağı yoxdur və böyük sülh sazişi Rusiyanın Ermənistana və Azərbaycana təsirlərini minimuma endirəcək faktora çevrəcək. Ona görə də prosesi uzatmaqda maraqlı olan böyük güclərdən söhbət gedirsə, bu Rusiyadır”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

ƏDV qəbzləri ÖLÜM SAÇIR