Partiya sədri Putini ziddiyyətli şəxsiyyət hesab etmir

07:53 10-10-2022 | icon 339 | Geopolitika
Partiya sədri Putini ziddiyyətli şəxsiyyət hesab etmir

Fuad Əliyev: "Bu günə qədər qarşısına nə məqsəd qoyubsa, ona da nail olub"

 

"Putin nadir siyasətçilərdəndir, hansı ki, dediyi sözün üstündə durur. İnanıram ki, 10 noyabr Bəyannaməsinə atdığı imzasının da üstündə duracaq".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Putinin 22 illik hakimiyyətini, onun tarixdə hansı statusda qalacağını, seçki yolu ilə hakimiyyətdən gedib getməyəcəyini şərh edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

ALDP sədri Putini ziddiyyətli şəxsiyyət hesab etmir:

 

“Putin 22 illik hakimiyyət dövründə ardıcıl siyasətini aparır. Bəli, Azərbaycan da öz ardıcıl siyasəti nəticəsində işğalda olan torpaqları azad etdi. Azərbaycanın düzgün siyasəti Putini özümüzə yaxınlaşdırdı. Putindən ”Qarabağ Azərbaycan torpağıdır" ifadəsini eşitdik. Hesab edirəm ki, Putin nadir siyasətçilərdəndir, hansı ki, dediyi sözün üstündə durur. İnanıram ki, 10 noyabr Bəyannaməsinə atdığı imzasının da üstündə duracaq. Bəyannamədə qeyd olunan bütün bəndlər həyata keçəcək. Putin Rusiyanın dağıdılmış iqtisadiyyatını bərpa etdi. Ölkəni aparıcı ölkələr sıralarına qaytara bildi".

 

Fuad Əliyevin fikrincə, Putin tarixdə Rusiya üçün müsbət statusda qalacaq:

 

"Onun indi hakimiyyətdən getmək haqqında fikirlərlə razılaşmıram. Putin hələ uzun illər hakimiyyətdə olacaq. Hörmətli Ərdoğan da onun haqqında “Putin nə düşünübsə, onu da edəcək” deyib. Mən də bu fikirlərlə razıyam. Bu günə qədər Putin qarşısına nə məqsəd qoyubsa, ona da nail olub".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ