“Bu, beynəlxalq məhkəmələrə müraciət etmək hüququ verir”

 

14:38 08-10-2022 | icon 295 | Geopolitika
“Bu, beynəlxalq məhkəmələrə müraciət etmək hüququ verir”
 

 

Xəbər verildiyi kimi, Xocavənd rayonunun Edilli kəndində erməni vandallığının daha bir izi -kütləvi məzarlığı aşkar olunub. Tapılan bu kütləvi məzarlıq hansı faktları ortaya qoydu.  Heç şübhəsiz ki, bu  Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin bir parçasıdır.

 

Bu Kütləvi məzarlıq beynəlxalq ictimaiyyətə necə təqdim olunmalı və onların qarşısında  hansı tələb qoyulmalıdır.  Ermənistanın bu vandal əməllərə görə cinayət məsuliyyətinə cəlb olunması üçün hansı gedişlər edilməlidir?

 

 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Versus.az-a açıqlamasında bildirib ki, Edilli kəndində tapılan və özündə erməni vandalizmini, erməni faşizmini, barbarlığı, insanlıq əleyhinə cinayətləri ehtiva edən kütləvi məzarlıq nə ilk nə də son məzalıq deyil. Onun sözlərinə görə, birinci Qarabağ savaşında 4000 insanımızın, hərbçi və mülki vətəndaşlarımızın itkin düşməsi və teliyinin hələ də bilinməməsi bu tip kütləvi məzarlıqların bundan sonra da aşkar ediləcəyini deməyə əsas verir.

 

“Araşdırmalar sübut edib ki,  Edilli kəndindəki kütləvi məzarlıqda aşkar edilən cəsədlər işgəncələrə məruz qalmış, öldürülmüş əsgərlərimizin cəsədləridir və bu kənddən Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib.

Təbii ki, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, kütləvi məzarlıqlarla bağlı faktların, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması zəruridir və qeyd etmək lazımdır ki, bu istiqamətdə yetərli olmasa da müəyyən işlər görülüb. Buna missal olaraq “Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş müharibə cinayətləri və Ermənistanın məsuliyyəti haqqında hesabat”ı, “Beynəlxalq insan haqları hüququ və beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən pozuntularına dair” sənədlərin hazırlanmasını, eləcə də “Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair məlumat bazası”nın yaradılması və s. göstərmək olar. Adını çəkdiyim sənədlərdə və eləcə də məlumat bazasında

Ermənistan tərəfindən həyata keçirilmiş müharibə cinayətləri ilə bağlı geniş və ətraflı məlumatlar mövcuddur”.

 

R.Bayramov hesab edir ki, bu məlumatların mütəmadi olaraq beynəlxalq təşkilatların nəzərinə çatdırılması ilə yanaşı, ayrı-ayrı dövlətlərdə bununla bağlı müxtəlif səviyyəli tədbirlərin, konfrans və seminarların keçirilməsi də vacibdir.

 

“Amma mən bu məsələnin təkcə müvafiq dövlət qurumlarımızın və ya diaspor təşkilatlarımızın üzərinə qoyulmasını düzgün yanaşma hesab etmirəm. Ermənistanın təcavüzkar mövqeyi və bu gün də davam edən cinayətləri ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər birimizdən konkret fəaliyyət tələb olunur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə çıxışı olan elm adamlarımız, ziyalılarımızdan tutmuş, beynəlxaq əlaqələrə malik siyasi partiyalar, beynəlxalq koalisiyalarda təmsil olunan QHT-lər, xaricdə təhsil alan tələbələrə qədər hər kəs bu işdə fəal olmalıdır. Və ən əsası da bu fəaliyyət epizoduk xarakter daşınamalı, davamlı olaraq həyata keçirilməlidir.

 

Çalışmalıyıq ki, bütün dünya istər birinci Qarabağ savaşında istərsə də 44 günlük Vətən müharibəsi dövründə ermənilərin törətdiyi soyqırım və hərbi cinayətlərlə bağlı həqiqətləri bilsin. Hərbçi və mülki əhalimizin işgəncələrə məruz qalaraq öldürülməsi, eləcə də erməni qoşunlarının münaqişə zonasından uzaqda olan mülki obyektləri hədəfə alması, 2020-ci il oktyabrın 11-i və 17-si Gəncədə, 29-u isə Bərdədə törədilmiş cinayətləri, ümumilikdə 27 Sentyabr - 29 Oktyabr tarixləri arasında baş vermiş cinayətlər nəticəsində uşaq, qadın, yaşlı olmaqla 90 dinc sakinimizin həyatını itirməsini, 392 mülki vətəndaşımızın yaralanmasını, eləcə də müharibəni başa çatmasından sonra ermənilər tərəfindən basdırılmış minalara görə 245 insanımızın həlak olması və ya ağır yaralanması haqqında  ətraflı bilgiyə sahib olsun”.

 

R.Bayramov bildirib ki, tapılan kütləvi məzarlıqlar Azərbaycana həmin dövrdə Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bağlı cinayət işlərinin başlanmasına və beynəlxalq məhkəmələrə müraciət etmək hüququ verir. Rəsmi qurumlarımızı bu hüquqdan istifadə etməli və beynəlxalq hüquqa görə müharibə cinayəti hesab edilən bu əməllərə görə Ermənistanla bağlı müvafiq qərarların qəbul olunmasına nail olmalıdır.

 

T.Qafarlı

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər