KTMT-nin də qara günləri başlaya bilər

08:49 13-10-2022 | icon 414 | Geopolitika
KTMT-nin də qara günləri başlaya bilər

 

Fuad Əliyev: "Kəndirbazlıq edən Ermənistandır, guya çıxsalar Putin yalvaracaq ki, getməyin”

 

"NATO Şərqə doğru genişlənmək planını qarşısında hədəf qoyub. İndi İsveç və Finlandiya üzvlüyə hazırlaşır, Gürcüstan, Moldova, Ukrayna bunun arzusundadır, amma KTMT-nin Qərbə doğru, yaxud hansısa trayektoriyaya genişlənmək prioriteti yoxdur. Bu mənada regional müdafiə təşkilatıdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri Ukrayna müharibəsinin nəticələrinin KTMT-nin fəaliyyətinə təsir göstərəcəyinə şübhə etmədiyini qeyd edib. Onun sözlərinə görə, əgər rus ordusu hərbi əməliyyatlardan uğursuz çıxarsa, o zaman təşkilat daxilində nifaq düşə bilər: 

 

“Hələlik oranı tərk etməyə can atan kimi görünən Paşiyandır. Hərçənd onun da çıxmaq istədiyi səmimi deyil. Hiss olunur ki, İrəvan bu variantla Rusiyanı ona nələrsə verməyə şantaj edir. Bütün hallarda KTMT-də bir kövrəklik müşahidə edilir, amma dağılacağı anlamına gələ bilməz. Rusiya Ukrayna meydanında döyüşləri başa çatdırdıqdan sonra təşkilatı gücləndirəcək. Hazırda bu blok kifayət qədər aktiv fəaliyyət göstərə bilmir. Qazaxıstanda baş verən yanvar iğtişaşlarını yatırmaqda iştirak edib, başqa heç bir işi yoxdur, sadəcə, iclaslar keçirilir, danışıqlar gedir. Bu da Rusiyanın başının qarışmasından irəli gəlir. Sonra yenidən toparlanacaq. Bu blok regional xarakter daşıyır, dünya ölkələrinin üzvlüyü nəzərdə tutulmur. Ona görə böyüyə də bilmir”. 

 

Fuad Əliyevin sözlərinə görə, NATO Şərqə doğru genişlənmək planını qarşısında hədəf qoyub:

 

“İndi İsveç və Finlandiya üzvlüyə hazırlaşır, Gürcüstan, Moldova, Ukrayna bunun arzusundadır, amma KTMT-nin Qərbə doğru, yaxud hansısa trayektoriyaya genişlənmək prioriteti yoxdur. Bu mənada regional müdafiə təşkilatıdır. Təbii ki, Rusiya müharibədən məğlub çıxarsa, KTMT-nin də qara günləri başlaya bilər. Sadəcə, Qırğızıstanda təlimin ləğvi ilə belə qənaətə gəlmək olmaz ki, təşkilat demontaj olacaq. Burada kəndirbazlıq edən Ermənistandır. Özlərini dəcəl uşaq kimi aparırlar, guya çıxsalar Putin yalvaracaq ki, getməyin. Üstəlik, Ermənistan iki il KTMT-yə sədrlik etməlidir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ