“Kreml Vaşinqton və Brüsselin vasitəçiliyinə mane olacaq”

10:37 14-10-2022 | icon 374 | Geopolitika
“Kreml Vaşinqton və Brüsselin vasitəçiliyinə mane olacaq”

Elxan Şahinoğlu: "Kremlin fikrincə, Azərbaycan-Ermənistan razılaşması Rusiyanın vasitəçiliyi ilə əldə edilməlidir"

 

Praqa görüşündən sonra Rusiyanın yeni vasitəçilərin təşəbbüsü ilə keçirilə danışıqlar prosesinə hansı münasibət sərgiləyəcəyi ilə bağlı səslənən suallar artıq, şimal ölkənin rəsmisinin dilindən cavablandı. Belə ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib ki, Avropa İttifaqı və ABŞ Rusiyanın nailiyyətlərindən istifadə edərək Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışır. Region güclərin bu cür “vüsitəçilik uğrunda davası” hansı nəticəyə gətirə bilər?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Elcan Şahinoğlu bildirib ki, Rusiya diplomatiyası hər yerdə düşmən axtarır.

 

Onun fikrincə, Kreml ABŞ və Avropa İttifaqının Azərbaycanla Erməınistan arasında vasitəçiliyinin Rusiya əleyhinə olmasında israrlıdır:

 

“Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib ki, guya Avropa İttifaqı və ABŞ Rusiyanın nailiyyətlərindən istifadə edərək Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışır. Putinin köməkçisi onu da bildirib ki, İrəvanla Bakı arasında münasibətlərin sabitləşməsinin əsasını Rusiya prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil edir. 

Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə əsas razılaşmalar əldə olunub”.

 

E.Şahinoğlu hesab edir ki, Uşakov Putinin fikrini səsləndirib. Kreml sahibinin fikrincə, Azərbaycanla Ermənistan arasında razılaşmalar yalnız Rusiyanın vasitəçiliyi ilə əldə edilməlidir, “qeyri-regional oyunçular” kobud desək burunlarını bölgəyə soxmamalıdırlar.

 

Politoloq bildirib ki, bu məsələ Putinin istəyindən asılı deyil, Bakı və İrəvan Vaşinqtonla Brüsselin vasitəçiliyinin əleyhinə deyillər.

 

E.Şahinoğlu hesab edir ki, Putin Uşakov vasitəsilə Bakı və İrəvanı xəbərdar etmək istəyir ki, Kreml Vaşinqton və Brüsselin vasitəçiliyinə mane olacaq. “Bu o deməkdir ki, təxribatlara hazır olmalıyıq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ