Arıqlamağa kömək edir, orqanizmi yeniləyir

05:15 24-10-2022 | icon 367 | Sağlamlıq
Arıqlamağa kömək edir, orqanizmi yeniləyir

Bədəndəki yağlardan, ödemdən xilas olmaq üçün kəklikotundan yararlana bilərsiniz.


Kəklikotu orqanizm üçün çox müalicəvi bir bitkidir. Onun suyunu içməklə maddələr mübadiləsini sürətləndirə bilərsiniz. Bununla da, bədəninizdəki yağları yandırmış olarsınız. Pəhriz, idman və kəklikotu suyu içməklə 1 aya arıqlamaq mümkündür.
 
 
Müntəzəm olaraq qəbulu hüceyrələrin bərpasını dəstəkləyir, mikrobların orqanizmdən çıxarılmasını təmin edir. Qəbizliyi və şişkinliyi aradan qaldıran kəklikotu suyu bədəndə yığılan ödemi də yox edir. Açıq yaralarda antiseptik kimi istifadə etmək olar. Ağız və diş əti sağlamlığını qoruyur.
 
 
DAHA ÇOX YAĞ YANDIRIR
 
 
Bağırsaq hərəkətlərini tənzimləyən kəklikotu suyu həzm sisteminin işini dəstəkləyir.
Mütəmadi olaraq qəbul edildikdə yavaşlayan maddələr mübadiləsini idarə edir. Omba, bel və ayaq nahiyəsində yığılan piyləri yandırır.
Tərkibində yüksək miqdarda antioksidan olan kəklikotu suyu bədəndə yığılan yağları enerjiyə çevirir. Bu şəkildə arıqlama prosesinizi sürətləndirir.
 
 
QEYD: Yalnız kəklikotu suyu içməklə arıqlaya biləcəyinizi düşünməyin. Arıqlamaq üçün pəhriz və idman proqramına riayət etməlisiniz. Kəklikotu suyu içərək arıqlamağa dəstək ola bilərsiniz.
 
 
 
Evdə hazırlanması:
 
 
Kiçik bir qazana 2 stəkan su və 3 ədəd təzə kəklikotu əlavə edin.
 
Suyu qaynadın.
 
Qaynadıqdan sonra bir qədər soyumasını gözləyib içə bilərsiniz.
 
Dadı sizin üçün çox acıdırsa, ona bir dilim limon əlavə edə bilərsiniz.
 
Gündə yalnız 1 stəkan kəklikotu suyu içmək orqanizminiz üçün kifayətdir. Kəklikotu suyu heç vaxt yeməkdən dərhal əvvəl içilməməli, yeməkdən ən az 30 dəqiqə və ya 1 saat əvvəl içilməlidir. /Bakupost.az/
 
Əgər xroniki sağlamlıq probleminiz varsa, içməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşməlisiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77