Daha 5 komanda pley-offa vəsiqəni təmin edə bilər

10:23 25-10-2022 | icon 412 | İdman
Daha 5 komanda pley-offa vəsiqəni təmin edə bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

 

Versus.Az xəbər verir ki, dörd qrupda keçiriləcək səkkiz oyundan sonra pley-offun daha beş iştirakçısı bəlli ola bilər.

 

E qrupunda İngiltərənin “Çelsi” klubu Avstriyada “Zaltsburq”a qalib gələcəyi halda 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İtaliya “Milan”ını qəbul edəcək. Virusa yoluxan 25 yaşlı forvard bu görüşü buraxacaq.

 

F qrupunda “Leypziq” Almaniyada İspaniya “Real Madrid”ini məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Bunun üçün həm də Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Şotlandiyada “Seltik”ə uduzmalıdır.

 

G qrupunda Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Mançester Siti” klubuna qalib gəlsə, adını növbəti mərhələyə yazdıracaq. Danimarka “Kopenhagen”i “Sevilya” ilə İspaniyadakı görüşdə xal itirsə, Bundesliqa təmsilçisini qrupdan çıxmaq üçün heç-heçə də qane edəcək.

 

H qrupunda isə Fransa PSJ-si və Portuqaliya “Benfika”sı 1/8 finalın bir addımlığındadır. Paris klubu evdə İsrailin “Makkabi” (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya “Yuventus”una məğlub olmasa, 1/8 finala vəsiqə qazanacaq.

 

Çempionlar Liqası
Qrup mərhələsi, V tur
25 oktyabr

 

E qrupu
20:45. “Zaltsburq” (Avstriya) - “Çelsi” (İngiltərə)
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Milan” (İtaliya)
Xal durumu: ”Çelsi” - 7, “Zaltsburq” - 6, “Milan” - 4, “Dinamo” - 4

 

F qrupu
23:00. “Seltik” (Şotlandiya) - “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “Leypziq” (Almaniya) - “Real Madrid” (İspaniya)
Xal durumu: ”Real Madrid” - 10, “Leypziq” - 6, “Şaxtyor” - 5, “Seltik” - 1

 

G qrupu
20:45. “Sevilya” (İspaniya) - “Kopenhagen” (Danimarka)
23:00.”Borussiya” (Dortmund, Almaniya) - “Mançester Siti” (İngiltərə)
Xal durumu: ”Mançester Siti” - 10, “Borussiya” - 7, “Sevilya” - 2, “Kopenhagen” - 2

 

H qrupu
23:00. PSJ (Fransa) - “Makkabi” (Hayfa, İsrail)
23:00. “Benfika” (Portuqaliya) - “Yuventus” (İtaliya)
Xal durumu: PSJ - 8, “Benfika” - 8, “Yuventus” - 3, “Makkabi” - 3

 

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” komandaları pley-off vəsiqəni təmin ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!