"Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına..."

13:06 27-10-2022 | icon 414 | Geopolitika
"Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına..."

Elxan Şahinoğlu: “Putinin bu görüşdən yeganə dərdi - “Cənubi Qafqaz bizlikdir”

 

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə üçlü görüşü nəticə verməyəcək”.

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu Rusiyann yaxın zamanlarda  Ermənistan və Azərbaycanla növbəti üçtərəfli sammitin keçirilməsi ilə bağlı niyyətlərini və yaxın gələcəkdə onun keçirilmə tarixlərinin razılaşdırılması ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq bildirib ki, Kreml bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə yaxınlaşmasından narazıdır, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın diliylə ABŞ, Avropa İttifaqı və Fransa nümayəndə heyətlərinin İrəvana artan səfərlərini tənqid edir, o biri tərəfdən də nəzarətindəki televiziyalar vasitəsilə Azərbaycanı hədəf seçib, Qarabağ separatçılarına informativ dəstək verirlər.

 

Onun qənaətinə görə, belə çıxır ki, Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına üstünlük verib:

 

“Bütün bu məsələlər  varkən, nəsə ortaq bəyanat qəbul edilsə də, ardı gəlməyəcək. Putinin bu görüşdən yeganə dərdi ABŞ və Avropaya mesaj göndərməkdir ki, “Cənubi Qafqaz bizlikdir, buralarda görünməyin”. Ancaq Putinə də deyərlər ki, “Sən get Ukraynada düşdüyün bataqlığın dərdini çək, biz özümüz bilərik nə edərik”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR