“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığı genişləndirir

13:03 21-01-2019 | icon 499 | Təhsil
“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığı genişləndirir

 

Bakı Ali Neft Məktəbində (BANM) böyük beynəlxalq neft-qaz şirkəti olan "Baker Hughes, a GE company" şirkətilə görüş keçirilib. Şirkətin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin Təhlükəsizlik üzrə regional meneceri Nikolay Rotar və Aparıcı sahə mühəndisi Emilya Məmmədova BANM-ın rektoru Elmar Qasımov və digər məsul əməkdaşları ilə görüşüblər.

 

Versus.Az xəbər verir ki, görüş zamanı Ali Məktəbin rektoru Elmar Qasımov Qreiq Rasel Lindsay BANM-ın tələbələrinə olan diqqətini yüksək qiymətləndirib və bu əməkdaşlığı gənclərin inkişafına verilən dəstək olduğunu bildirib.

Görüş zamanı əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr edilib. Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən "Baker Hughes, a GE company" şirkətinin rəhbərinin və əməkdaşlarının Ali Məktəbin tələbələrinə seminarlar keçməsi qərara alınıb. Həmçinin şirkətdə BANM tələbələrini istehsalat təcrübəsinin təşkil olunması və məzunların işə qəbulu dəqiqləşdirilib. Bu istiqamətdə koordinator Ali Məktəbin məzunu, hazırda şirkətin Aparıcı sahə mühəndisi Emilya Məmmədova təyin olunub.

 

"Baker Hughes, a GE company" şirkətinin rəhbəri Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə təlimlərinin də artıq bundan sonra BANM-da keçirmək niyyətində olduğunu bildirib.

Sonra nümayəndələr Ali Məktəbin laboratoriyaları və əzəmətli Konqres zalı, Senat zalı ilə tanış olublar.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?