Koronavirusun süni yaradılması iddiaları düz çıxdı

17:17 31-10-2022 | icon 669 | Sağlamlıq
Koronavirusun süni yaradılması iddiaları düz çıxdı

Almaniya və ABŞ-dan olan tədqiqatçılar qrupu koronavirusun biomühəndislik üsulu ilə, yəni süni yaradıldığına dair sübutlar tapıblar.

 

Bu barədə N-TV kanalına araşdırmada iştirak edən Vürzburq Universitet Xəstəxanasının alimi Valentin Bruttel məlumat verib. “Tədqiqatımızın nəticələri göstərir ki, bu virus 99,9% təbii virusun süni şəkildə yaradılmış surətidir” – Bruttel deyib. Onun sözlərinə görə, o, 2021-ci ilin yayında Sars-CoV-2 genomunda anomaliyaları müşahidə edib və o vaxtdan onun mənşəyinin öyrənilməsi ilə məşğul olub. Alman alim izah edib ki, onlar koronavirus genomunda sintetik viruslar üçün xarakterik olan spesifik nümunə tapıblar, təbii viruslara isə bunların ixtiyari şəkildə yayılması xasdır (Yəni ola da bilər, olmaya da). Tədqiqatın nəticələrinə görə, SARSCoV-2 “böyük ehtimalla “in vitro” (“sınaq şüşəsi”ndə) toplanmış yoluxucu klon kimi yarana bilərdi. Əslində belə bir versiya lap əvvəldən də gözardı edilməmişdi.

 

Bu nə məqsədlə edilib, yoxsa təsadüfdür? Bioloji silah kimi düşünülə bilərdimi? Cəza yoxdursa, bir müddət sonra başqa və daha qorxulu süni virus təbiətə buraxıla bilməzmi?

 

Mövzu ilə bağlı həkim-infeksionist Nicat Əzimli bildirib ki, “Würzburg” universitetindən bir neçə tədqiqatçı alimin apardığı bu araşdırma dünya viroloqları arasında fikir ayrılığı ilə qarşılanır:

 

e318e147-8f29-4899-adbe-873a24afdefe-450x250-1.jpeg (26 KB)

 

“Bir qrup bu iddianın tamamilə əsassız olduğunu bildirsə də, digər bir qrup virusun süni olmasının mümkün ola biləcəyini qeyd edir. Bunu onunla izah edə bilərik ki, təxminən 300 00 nukleotiddən ibarət genoma sahib olan koronavirusun genetik modifikasiyalı kopyasının hazırlanması üçün bəzi metodlardan istifadə olunmalıdır. Bu sadə şəkildə belə izah oluna bilər ki, 300 00 nukleotidin hamısının bir dəfədə deyil, adətən 5-8 hissəyə bölünmüş halda kopyalanması və genetik modifikasiya mümkündür. Belə olduqda prosesin icrası üçün genoma əlavə olunmuş tanıma sahələrinin qalması halında insan müdaxiləsi sonradan aşkarlana bilər. “Würzburg”dan olan alimin iddiası da bu yöndədir. Belə ki, genomda nizamlı şəkildə (təbii olduqda nizamsız olur) yerləşən bu izlər insan müdaxiləsi ilə ola bilər deyə iddia edilir. Lakin, buna etiraz edən qrupdan olan viroloqların fikri də budur ki, həmin izləri yox etmək mümkündür və əgər süni müdaxilə olmuş olsaydı o izlər asanlıqla aradan qaldırılmış olardı və beləliklə, bu tanıma sahələri təbii proses nəticəsində ortaya çıxıb, deyə iddialarını səsləndirirlər. Burada mənim əlavə edə biləcəyim hər hansı şəxsi fikrim yoxdur. Çünki, koronavirusun mənşəyi ilə bağlı laborator araşdırmalarla məşğul deyiləm. Bu işləri araşdıran şəxslərin nəticələrini şərh etməklə məsələni anlaşıla bilən etməyə çalışdıq”. /Musavat.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?