“Qarabağ”ın prezidenti söz verdi

09:09 04-11-2022 | icon 468 | İdman
“Qarabağ”ın prezidenti söz verdi

“Konfrans Liqasında sözümüzü deyəcəyik”

 

"Bəlkə də "Qarabağ"ın tarixindəki ən gözəl matç idi. Möhtəşəm oynadıq".

 

Versus.Az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Funksioner bildirib ki, "köhlən atlar" statistik göstəricilərdə rəqibini tam üstələyib:

"Topa sahibolma nisbəti 55:45 bizim tərəfimizdə idi. İkinci hissədə 10 nəfərlə oynasaq da, yenə matça biz nəzarət edirdik. Pasların dəqiqliyi 82 faiz idi. Bunlar önəmli rəqəmlərdir".

 

T.Gözəlin sözlərinə görə, qrupdakı vəziyyət "Nant"ın vurduğu qollardan sonra dəyişib:

"Yaddan çıxarmayaq ki, rəqib Bundesliqa təmsilçisi idi. Büdcələri 100 milyonlarla ölçülür. Futbolçularının dəyəri 3-5 milyon arasında dəyişir. Əlbəttə, "Qarabağ"la fəxr edirəm. Çox gözəl oyun alındı".

 

O, UEFA Konfrans Liqasında öz sözlərini deyəcəklərini vurğulayıb:

"Arzum əvvəlcə 1/4 final, ardınca isə yarımfinaldır. Finaladək getmək istəyirik. özümüzə inanırıq. Bu mövsüm Avropa Liqasının ən yaxşı 3 komandasından biri məhz "Qarabağ"dır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!