Bu gün 1/8 finalın püşkü atılacaq

10:27 07-11-2022 | icon 454 | İdman
Bu gün 1/8 finalın püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

 

Versus.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Püşkdə qrup mərhələsini ilk pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində yer alacaq.

 

Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar rəqib ola bilməyəcəklər. Səpələnmişlər səbətində yer alan kollektivlər cavab oyununu evdə keçirəcəklər.

 

UEFA Çempionlar Liqası

1/8 final

Səpələnmişlər: “Bavariya” (Almaniya), “Benfika”, “Portu” (Portuqaliya), “Çelsi”, “Mançester Siti”, “Tottenhem” (hamısı İngiltərə), “Napoli” (İtaliya).

Səpələnməmişlər: “Brügge” (Belçika), “Borussiya” (Dortmund), “Ayntraxt”, “Leypziq” (hamısı Almaniya), “İnter”, “Milan” (hər ikisi İtaliya), “Liverpul” (İngiltərə), PSJ (Fransa).

 

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR