Alimlərdən İLK

08:37 08-11-2022 | icon 422 | Sağlamlıq
Alimlərdən İLK

İnsanlara süni yetişdirilmiş qan hüceyrələri köçürdülər

 

Bir neçə elmi təşkilatın alimləri dünyada ilk dəfə olaraq süni şəkildə yetişdirilmiş qan hüceyrələrinin - eritrositlərin köçürülməsi ilə bağlı klinik tədqiqat aparıblar.

 

Bu barədə Kembric Universitetinin bəyanatında deyilir.

 

“Qan hüceyrələri donor kök hüceyrələrindən yetişdirilib və klinik sınaq zamanı könüllülərə köçürülüb”, - deyə bəyanatda bildirilib.

 

Vurğulanıb ki, dünyada ilk dəfədir ki, tədqiqat çərçivəsində laboratoriyada yetişdirilən qırmızı qan hüceyrələri insana köçürülür.

 

Metodun təhlükəsizliyi və effektivliyi sübut olunarsa, sınaq nəticəsində əldə edilən hüceyrələr anemiya kimi qan xəstəliklərinin müalicəsində inqilab yarada, həmçinin donor tapmaqda çətinlik çəkən nadir qan qrupu olan insanlar üçün xilas yolu ola bilər.

 

“İndiyədək iki nəfərə laboratoriyada yetişdirilmiş qırmızı qan hüceyrələri köçürülüb. Onlar yaxından izlənilib və arzuolunmaz fəsadlar qeydə alınmayıb”, - deyə məlumatda bildirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?