Fərhad Cabbarov beynəlxalq simpoziumda iştirak edib

12:40 08-11-2022 | icon 457 | Cəmiyyət
Fərhad Cabbarov beynəlxalq simpoziumda iştirak edib

Noyabrın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul Universitetində “Şuşa İli” ilə bağlı tədbirlər planı”na əsasən “Şuşa, Paris və İstanbulun ortaq dəyəri: Əhməd bəy Ağaoğlu” adlı beynəlxalq simpozium keçirilib.

 

Versus.Az xəbər verir ki, simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov "Əhməd bəy Ağaoğlunun 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi zamanı fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edib.

 

Fərhad Cabbarov öz məruzəsində Ə.Ağaoğlunun münaqişə dövründə erməni və rus mətbuatının azərbaycanlılara qarşı apardığı qərəzli təbliğatla mübarizəsinə, "Difai" partiyasının yaradılması, müsəlmanların hüquqlarının qorunması istiqamətində fəaliyyətinə toxunub.

 

Məruzə böyük maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb. Türkiyə və Azərbaycan alimlərinin iştirak etdiyi simpoziumun açılış mərasimində, həmçinin, Türkiyə Respublikası Prezidentinin köməkçisi İbrahim Kalın və Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iştirak ediblər.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ