Fransada Azərbaycana qarşı qətnamə layihəsinə etiraz petisiyasına səs verənlərin sayı 100 mini keçdi

18:39 10-11-2022 | icon 631 | Gündəm
Fransada Azərbaycana qarşı qətnamə layihəsinə etiraz petisiyasına səs verənlərin sayı 100 mini keçdi

Fransa Senatında bütün Avropa İttifaqı ölkələrinin Azərbaycandan idxal edilən neft və qazdan imtina etməsinə nail olmağa dair qətnamə layihəsinə etiraz petisiyasında toplanan imzaların sayı artıq 106 mini keçib.

 

Bu barədə Fransanın mesopinions.com petisiya saytında qeyd olunub.

 

Qeyd edək ki, Fransa Senatında müvafiq qətnamə ilə bağlı səsvermə noyabrın 15-də keçiriləcək. Qətnamə müəllifləri Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürüblər, ölkəmizi təcavüz aktlarında, kütləvi hərbi cinayətlərdə və irqçilikdə ittiham ediblər.

 

Bununla əlaqədar olaraq Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Fransa Senatına və xalqına müraciət ünvanlayıb. Müəlliflər qətnamə layihəsinin Ermənistan-Azərbaycan münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim etdiyini vurğulayıblar. Müraciətdə deyilir ki, bu şəkildə bir millətə üstünlük vermək, digərini isə diskriminasiyaya məruz qoymaq, kəskin şəkildə qınamaq etnik dözümsüzlüyün və irqçiliyin ictimai nümayişidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ