Merilin Monronun şəxsi əşyaları hərracda

09:44 24-11-2022 | icon 439 | Şou-biznes
Merilin Monronun şəxsi əşyaları hərracda

Merilin Monronun 175-dən çox şəxsi əşyası “Julien's Auctions” və “TCM Present” evlərinin birgə hərracında satılacaq.

 

Hərrac 2022-ci il dekabrın 17 və 18-də baş tutacaq.

 

“Bu auksionda biz ən çox danışılan və tarixi kolleksiyalardan birini nümayiş etdirəcəyik. Ümumilikdə Merilinin şəxsi arxivindən 175-dən çox qeyri-adi əşya, o cümlədən onun filmlərdə geyindiyi paltarlar satışa çıxarılacaq”, - deyə hərracın direktoru Martin Nolan bildirib.

 

Monronun pərəstişkarları təkcə paltarları deyil, həm də aktrisanın istifadə etdiyi kosmetika, xüsusən də qırmızı dodaq boyası və saxta kirpikləri ala biləcəklər.

 

Kolleksiyanın ən diqqətçəkən əşyalarından biri də bu yaxınlarda DNT testi ilə mərhum Merilinin atası olduğu təsdiqlənən Çarlz Stenli Giffordun əlyazma qeydidir.

 

“Bu açıqca Gifford və onun məşhur qızı arasında əlaqəni təsdiqləyən yeganə məlum maddi sübutdur”, - Nolan əlavə edib.

 

Tarixin bir parçasının sahibi olmaq istəyənlər hərracda Merilin Monronun məktublarını və fotoşəkillərini, həmçinin şəxsi çek kitabçasını, aktyor gildiyasının üzvlük kartı və aktrisanın tibbi kartını əldə edə biləcəklər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi