“Kurtlar vadisi”nin Güllüsü tələbələrlə görüşdü

16:18 07-12-2022 | icon 449 | Mədəniyyət
“Kurtlar vadisi”nin Güllüsü tələbələrlə görüşdü

Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı, Media Tədris Mərkəzinin dəstəyi ilə növbəti təlim gerçəkləşdirilib.

 

Bu barədə Versus.Az-a AİM-in direktoru Tural Əliyev məlumat verib.

 

O bildirib ki, Azərbaycan İncəsənət Məktəbinin (AİM) tələbələri ilə tanınmış sənət adamlarının – müğənnilər, aktyor və aktrisalar, məşhur rejissorlar və digər incəsənət xadimləri ilə mütəmadi görüşlər həyata keçirilir.

Silsilə şəklində gerçəkləşdirilən belə tədbirlərdə əsas məqsəd tələbələri qonaqlarla daha yaxından tanış etmək, onların peşəkarlığından yararlanmalarına vəsilə olmaqdır.

 

Azərbaycan İncəsənət Məktəbi ilə Media Tədris Mərkəzinin tələbələri bu dəfə tanınmış aktyor Erhan Ufakla görüşüblər.

 

Erhan Ufak aktyorluq sənətindən və bu sənətə gəlişindən danışıb. Bundan sonra tələbələrin suallarını cavablandırıb. O, söhbət əsnasında Azərbaycana olan sevgisini xüsusi vurğulayıb. “Mən Azərbaycanda özümü qərib hiss etmirəm” deyə, aktyor bildirib.

 

Sonra tələbələrə sertifikatlar təqdim  olunub. Tədbir iştirakçıları aktyorla xatirə fotoları çəkdiriblər.
Qeyd edək ki, Erhan Ufak “Kurtlar Vadisi” serialında oynadığı Güllü Erhan rolu ilə daha çox məşhurlaşıb və sevilib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır