“Dune-2” filminin çəkilişləri bitdi

11:12 14-12-2022 | icon 581 | Film
“Dune-2” filminin çəkilişləri bitdi

“Dune” elmi-fantastik filminin davamının çəkilişləri başa çatıb.

 

Bu barədə layihədə “Pol Atreydes” rolunu oynayan aktyor Timoti Şalame özünün “Instagram” hesabından xəbər verib.

 

Atası Mark Şalame ilə səhrada çəkdirdiyi fotosunu paylaşan ulduz paylaşımında “Dune 2” bitdi (səhrada atam ilə)”, - deyə bildirib.

 

 

Qeyd edək ki, birinci film məşhur Atreydes evinin varisi Polun ailəsi ilə birlikdə Kainatın ən təhlükəli planetlərindən birinə - Arrakisə getməsindən bəhs edir. Burada qum, yandıran Günəş, nəhəng bədheybətlər və qalaktikalararası qarşıdurmaların əsas səbəbi Melanj adlı inanılmaz qiymətli bir qaynaqdan başqa heç nə yoxdur. Hakimiyyətin ələ keçirilməsi nəticəsində Pol qaçmaq və gizlənmək məcburiyyətində qalır və bu onun epik səyahətinin başlanğıcı olur.

 

 

İkinci hissədə Pol Atreydesin qərib insandan hər kəsin gözlədiyi xilaskara çevrilməsi və səhra əhalisinin onun ətrafında birləşməsindən bəhs edilir.

 

Deni Vilnövün rejissoru olduğu “Dune” filminin davamının çəkilişləri barədə bu yay elan edilmişdi. Film Budapeşt, Əbu-Dabi, İordaniya və İtaliya kimi bir neçə yerdə çəkilib.

 

Növbəti filmdə Florens Pyu, Lea Seydu, Kristofer Uoken, Ostin Batler və Suheyla Yakub kimi aktyorlar çəkiləcəklər.

 

“Dune: Part Two” filminin təqdimatı 2023-cü ilin noyabrın 3-nə planlaşdırılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır