Bakıda türk filmləri həftəsi

12:45 14-12-2022 | icon 774 | Film
Bakıda türk filmləri həftəsi

 

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ve Bakı Yunus Əmrə İnstitutu təşkilatçılığı ilə 17-21 dekabr 2022-ci il tarixlərində Nizami Kinoda “Bakı Türk Filmləri Həftəsi” başlayır.

 

Versus.Az xəbər verir ki, Bakı Türk Filmləri Həftəsinin açılışı 17 dekabr 2022-ci il tarixində rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi ilə keçiriləcək. 19 dekabr 2022-ci il tarixində Nizami Kinoda Semih Kaplanoğlunun master-klassı keçiriləcək və o, sektorun nümayəndələri ilə görüşəcək.

 

17-21 dekabr 2022-ci il tarixləri arasında “Bağlılıq Həsən”, “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və “Rafadan Tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq.

 

Aktyorlar İpek Tuzcuoğlu, İlker Aksum, Umut Karadağ, Didem Balçın, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel universitetlərdəki söhbətlərə qatılacaq.

 

Bakı Türk Filmləri Həftəsində film nümayişləri ilə yanaşı, Türkiyədən gələn rejissorlar, aktyorlar və prodüserlər Azərbaycan kino sənətçiləri ilə görüşəcək, birgə çəkilişlərlə bağlı ikitərəfli danışıqlar və müsahibələr aparılacaq.

 

Türk filmlərini Azərbaycan kinosevərləri ilə bir araya gətirməyi qarşısına məqsəd qoyan Bakı Türk Filmləri Həftəsi Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görmək, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissorlar, aktyorlar və ssenaristlər arasında əlaqələr yaratmaq və iki ölkənin mədəniyyət sənayesinə töhfə vermək məqsədi daşıyır.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı