Güclü külək, yağış və qar - XƏBƏRDARLIQ

11:32 19-12-2022 | icon 576 | Sosial
Güclü külək, yağış və qar - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 20-də arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5 dərəcə isti olacaq.

 

Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

 

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir.

 

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ