Şəkidə kəndləri birləşdirən KÖRPÜ DAĞILIR

18:41 19-12-2022 | icon 522 | Cəmiyyət
Şəkidə kəndləri birləşdirən KÖRPÜ DAĞILIR

Şəkinin Baş Göynük kəndi ərazisindən keçən, Şin çayı üzərində 17 il öncə quraşdırılan dəmir körpünün təmirə ehtiyacı var.

 

Onların sözlərinə görə, körpüdə yaranan çatlar, çoxtonnajlı avtomobillərin hərəkəti zamanı bir az da qabarıq nəzərə çarpır. Ona görə də, 2005-ci ildə salınan körpünün ciddi təmirə ehtiyacı var. Əsasən, qış fəslində körpüdən istifadə edən sürücülər və piyadalar qorxurlar. Havanın dumanlı vaxtları isə burada qəzalar baş verir. Körpünün bir tərəfində Baş Göynük və Baş Şabalıd, digər tərəfində isə Baş Layısqı, Qumux və Şin kəndləri yerləşir. Bu körpü Baş Göynük və Baş Şabalıd kənd sakinlərinin Şəki şəhərinə yeganə çıxışıdır.

 

Sakinlər söyləyib ki, körpünün giriş və çıxışında tez-tez tıxaclar yaranır. Onların sözlərinə görə, bu isə yer buzlu və sürüşkən olan zaman qəza riskini artırır:

“Körpünün hərəkət hissəsi ensiz olmaqla yanaşı asfalt örtüyü də yararsız vəziyyətə düşüb. Dəfələrlə daxili imkanlar hesabına təmir olunsa da, tezliklə vəziyyət əvvəlki kimi olub”.

 

Eyni zamanda, körpünün birtərəfli olması ərazidə müxtəlif problemlərin yaranmasına yol açıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Şəki rayonu ərazisində Baş Şabalıd avtomobil yolunun və Baş Şabalıd, Baş Göynük kəndləri arasında yerləşən yeni avtomobil körpüsünün inşası nəzərdə tutulur:

 

“Layihə çərçivəsində bu işlərin icrası maliyyə vəsaiti ayrılan kimi start veriləcək. Qeyd edilən ərazidə Baş Göynük kəndinə gedən yol üzərində yerləşən metal konstruksiyalı körpünün bərpasına gəldikdə isə bu istiqamətdə əraziyə əməkdaşlarımızın cəlb olunması və bununla bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur”.

 

Qeyd edək ki, Şin çayı üzərində 2005-ci ildə salınan körpü 10 min nəfərdən artıq əhalinin Şəki şəhəri ilə tək əlaqə vasitəsidir. Əsasən dəmir konstruksiyalı körpünün uzunluğu 175 metr, çaydan hündürlüyü isə 20 metrə yaxındır.

 

Xatırladaq ki, körpü üzərindən keçən avtomobilin maksimal çəkisi 10 ton olmalıdır. /report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?