Telefonunuzun bu funksiyasını bağlasanız nə baş verəcək?

11:45 22-12-2022 | icon 488 | Maraqlı
Telefonunuzun bu funksiyasını bağlasanız nə baş verəcək?

Müasir smartfonların akkumulyatorunun sürətlə boşalmasının səbəbləri araşdırılıb. Nəticə isə bir çoxları üçün gözlənilməz olub. Belə ki, telefonlardakı “Always On Display” funksiyasının enerji sərfiyyatını dəfələrlə artırdığı öyrənilib.

 

Bu barədə “DxOMark” laboratoriyasının ekspertləri apardıqları tədqiqatlardan sonra açıqlama veriblər.

 

“Always On Display” - kilid ekranında vaxt, bildiriş və smartfon statusu kimi vacib məlumatları göstərməyə imkan verir. Mütəxəssislər bildiriblər ki, sözügedən funksiya işə salındıqda qurğular üç-beş dəfə tez boşalır.

 

Bunun üçün müxtəlif markalı smartfonlarda eyni şəraitdə sınaqlar aparılıb: cihazlarda avtomatik parlaqlıq quraşdırılıb, “Wi-Fi” və “Bluetooth” modulları söndürülüb, uçuş rejimi aktivləşdirilib.

 

Məlum olub ki, “Always On Display” söndürüldükdə 466 saat enerji saxlayan telefon modeli funksiya aktiv olduqda cəmi 122 saat işləyib. Fərqli telefonlarda bu göstərici müvafiq olaraq 367 və 139 saat, 495 və 103 saat, 417 və 136 saat olub.

 

Ekspertlər həmçinin xatırladıblar ki, “Always On Display” funksiyası matrisin yanmasına səbəb ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR