Qocalar evində faciə

10:03 24-12-2022 | icon 627 | Hadisə
Qocalar evində faciə

Rusiyanın Kemerovo şəhərində, Tavriçeskaya küçəsində yerləşən ikimərtəbəli özəl qocalar evində yanğın baş verib.

 

Bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat verib.

 

Məlumata görə, yanğınsöndürənlər gələnə qədər binanın dam örtüyü alova bürünüb. Yanğının sahəsi 180 kvadratmetr olub. Bildirildiyinə görə, məlumatın FHN-ə gec çatdırılması yanğının güclənməsinə şərait yaradıb. Yanğınsöndürmə əməliyyatına 80-dən çox insan, 28 texnika cəlb olunub.

 

Yanğının söndürülməsinə nail olunub. Lakin ikinci mərtəbə tamamilə yanıb. Birinci mərtəbəsini dükanların təşkil etdiyi binada 26 nəfər olub.

 

Son məlumatlara görə, yanğın nəticəsində 20 nəfər ölüb. İki nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır. Daha dörd nəfər ambulator müalicə üçün buraxılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ