"İlin əvvəlində Vaşinqtonda böyük görüş ola bilər"

16:38 24-12-2022 | icon 672 | Geopolitika
"İlin əvvəlində Vaşinqtonda böyük görüş ola bilər"

Natiq Cəfərli: “Əgər Vaşinqtonda böyük sülh sazişi imzalanacaqsa...”

 

“Ermənistanın Moskvanın təşkil etdiyi danışıqlardan imtina etməsi faktiki olaraq  rus sülhməramlılarının son dövrlərdə qeyri-aktiv mövqe almasına bir sitəmdir, təpkidir”

 

Versus.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli Ermənistanın Moskvada keçirilən danışıqlardan imtina etməsi ilə bağlı açıqlamasında bildirib.

 

N.Cəfərli qeyd edib ki, ermənilər Laçın yolu ilə bağlı haqsız hay-yük salsalar da, əslində yolun bağlanması rus sülhməramlılarından çox ermənilərin özlərinin qeyri-qanuni davranışlarına görə oldu:

 

“Erməni separatçılar Azərbaycan ekologiya nüyaəndələrini sərbəst şəkildə öz ərazilərimizdə monitorinq aparmasına imkan yaratsaydılar, o təxribatlar edilməsəydi, həmin yolla bağlı problem yaşanmazdı. Yolu bağlayan ermənilərin hərəkətləri, rus sülhməramlılarının davranışları oldu”. 

 

Politoloq bildirib ki, Brüssel görüşü ilə bağlı hər hansı ipucları olmasa da, ABŞ dövlət katibinin müavini ilə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Emənistan dövlət katibinin telefon danışıqları danışıqlar formatının dəyişdirilməsi ehtimalını önə çəkə bilər:

 

“Ola bilər ki, ilin əvvəlində Vaşinqtonda daha  böyük bir görüş olsun. Ola bilər ki, Vaşinqton təşəbbüsü öz əlinə almağa çalışacaq və bu da Azərbaycan-Ermənistan danışıqlarının yeni bir dinamikada, Vaşinqton formatında inkişafına səbəb olsun”.

 

N.Cəfərli hesab edir ki, bu format əslində Azərbaycana sərf edən variantdır:

 

“Rusiyanın sülh variantı Paşinyana sərf edir və erməni baş naziri bunu gizlətmir. Vaşinqton formatı problemin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdə tutsa da, Xankəndi və ətrafda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqları ilə bağlı bəzi müddüəların olması əks olunur. Əgər Vaşinqtonda böyük sülh sazişi imzalanacaqsa, gələcəkdə konstitusiya islahatlarında mer seçkilərinin keçilməsi, mer institunun bütün ölkə ərazisində, o cümlədən də Xankəndinəd də yaradılması yer ala bilər”

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ