“Dünyanın ən uğurlu pianoçusu” Bakıya gəlir

12:09 27-12-2022 | icon 701 | Şou-biznes
“Dünyanın ən uğurlu pianoçusu” Bakıya gəlir

Dünya şöhrətli musiqiçi Riçard Klayderman ilk dəfə Bakıya gəlir.


Versus.Az xəbər verir ki, sənətçi 7 martda möhtəşəm orkestrin müşayiəti ilə Bakı Konqress Mərkəzində səhnəyə çıxacaq.


270 qızıl və 70 platininum mükafata sahib musiqiçi klassik və pop musiqini birləşdirərək yeni romantik üslub yaradıb.


Bu günə qədər Klayderman 1200-dən çox musiqi əsəri yazıb və ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir. Vaxtının böyük hissəsini konsertlərdə iştirak edən Riçardın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb. Riçard Klayderman “Dünyanın ən uğurlu pianoçusu” kimi Ginnesin Rekordlar Kitabına düşüb.


Qeyd edək ki, “Tar events”in təşkil etdiyi konsertə biletlər 80 manatdan başlayır.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?