Şəhid və qazi övladlarına "İz"-dən sürpriz

10:56 29-12-2022 | icon 831 | Cəmiyyət
Şəhid və qazi övladlarına "İz"-dən sürpriz

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində "İz mədəniyyətin inkişafına dəstək" ictimai birliyi şəhid və qazi övladları üçün yeni il şənliyi təşkil edib.

 

Versus.Az xəbər verir ki, tədbir Səbail rayon MSK kitabxanasında baş tutub.

 

Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

 

Kitabxananın müdiri əməkdar mədəniyyət işçisi Nüşabə Ələkbərova qonaqları salamlayıb. "İz mədəniyyətin inkişafına dəstək" ictimai birliyinin sədri Fəridə Mirişova Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan oğulların xatirəsinin həmişə əziz tutulacağını, onların bu vətənə əmanət qoyub getdikləri övladlarının hər bir vətənpərvər azərbaycanlının doğması, yaxını olduğunu bildirib. Onu da əlavə edib ki, bu sıradan olan tədbirlər ardıcıl olaraq davam etdiriləcək.


Daha sonra "İz"in kiçik üzvləri, İncəsənət gimnaziyasının rəqs şöbəsinin şagirdləri Dərbəndi və Abşeron nağılı rəqs kompozisiyanı təqdim ediblər.

 

Kitabxananın əməkdaşları uşaqlara "Nuf-naf" ingilis folklorundan kukla tamaşasını göstəriblər.

 

Şaxta babanın gəlişi isə böyük sevincə səbəb olub. Uşaqlar bir-birindən gözəl şeir söyləyib, mahnı oxuyub, rəqs ediblər.

 

Tədbirin sonunda "İz" mədəniyyətin inkişafına dəstək ictimai birliyi tərəfindən uşaqlara yeni il hədiyyələri təqdim edilib.

 

 

Ağanisə Əliqaraqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?