"Aksiya vətən müharibəsinə apara bilər"

15:18 30-12-2022 | icon 808 | Geopolitika
"Aksiya vətən müharibəsinə apara bilər"

"Rejim islahatlara getmək əvəzinə, xalqı xarici qorxularla sakitləşdirməyə çalışır"

 

İranda davam edən etiraz aksiyaları getdikcə artan xətt üzrə inkişaf edir.  Xalqın sosial, iqtisadi, dini müstəvidə azadlıqlar, həyat şəraitinin yaxşılaşdırılması yönündə islahatlara gedilməsi ilə bağlı şərtləri, hələ də hökumətin həbsləri, edamları ilə qarşılanır. Etirazlar daha çox qadınların öz baş örtüyünü atmaları ilə xüsusi diqqət çəkir. Son günlərdə şahmat üzrə dünya çempionatına qatılan iranlı qadın şahmatçısının yarışda bütün oyununu başıaçıq formada aparması da dünyanın diqqətini çəkməklə, səs-küyə səbəbə olub.

 

 

İranda keçirilən aksiyalar prosesləri hara qədər apara bilər?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, İranda baş verən etiraz aksiyaları müəyyən dərəcədə xarici mərkəzlər tərəfindən idarə olunur. O, aksiyaların başlanmasına əsas katalizatorun  kürdlər olduğunu qeyd etsə də, hazırda prosesdə bütün xalqların, eləcə də təbii olaraq 40 milyon azərbaycanlının da aktiv  iştirakını istisna etməyib. Onun fikrincə, rejim hələ ki, heç bir güzəştə getmir və ona görə də bu etiraz aksiyaları davam edəcək.

 

M.Əsədullazadə bildirib ki, güney azərbaycanlılar da öz hüquq və azadlıqlarının təmin edilməsi üçün ayaqlanıb və bu tələblər mütləq yerinə yetirilməlidir:

 

“Bu gün Güney azərbayacanlıların məsələsi,  müstəqil Azərbaycan dövləti üçün də prioritet məsələdir və artıq ölkə başçısı səviyyəsində o tayda yaşayan soydaşlarımızın məsələsinə münasibət bildirilib. Biz haqqımızın qorunması üçün orada öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara dəstək olmalıyıq”. 

 

M.Əsədullazadə hesab edir ki, vəziyyət belə davam edərsə, bu, növbəti mərhələdə İranı vətəndaş müharibəsinə gətirib çıxarda bilər:

 

“İran rejimi islahatlara getmək əvəzinə, prosesi uzatmaq və xalqı müxtəlif xarici qorxularla sakitləşdirməyə çalışır. İrana qarşı sanksiyaların tətbiq edilməsi və bu prosesdə nüvə razılaşmasının yerinə yetirməməsi əhalinin sosial vəziyyətini daha da kəskinləşdirib. İran ona qarşı artan təzyiqlər fonunda, xüsusilə İsrailin İrana müharibə təhdidindən istifadə edərək, xalqı xarici düşmənə qarşı mübarizədə bir ormağa, mübarizəyə çağırır. Buna baxmayaraq etirazlar davam edəcək”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ