Məcburi köçkünlərin yaşadıqları evlərə “kupça” verilir?

14:39 10-01-2023 | icon 423 | Cəmiyyət
Məcburi köçkünlərin yaşadıqları evlərə “kupça” verilir?

Elman Məmmədov: "Onların Bakıda yaşadıqları evlərə iddia etmələri ədalətsizlikdir"

 

“Bu kimi təkliflər var. Onlardan birini də Aqil Abbas səsləndirib. Kimsə də başqa təkliflər verə bilər. Ancaq bu necə olacaq, nə yolla həyata keçiriləcək - bu, dövlət başçısı tərəfindən müəyyənləşdirilir və dövlət proqramı ilə həyata keçirilir”. 

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. 

 

O, millət vəkili Aqil Abbasın “dövlət məcburi köçkünlərə verdiyi evlərə çıxarış versin ki, onlar da həmin evi satıb Qarabağda özlərinə ev tikə bilsinlər” təklifinə münasibət bildirib.

 

Çıxarışların verilməsi məsələsinə toxunan E.Məmmədov əlavə edib:

 

“O ki qaldı çıxarış məsələsinə, Ermənistandan ev-eşiklərindən qovulub, qaçqın vəziyyətinə düşmüş insanlar ki var, vaxtilə dövlət onlara müəyyən yerlərdə evlər tikib verdi. Sonra isə onların qaçqın statusu dayandırılanda dövlət tərəfindən onlara tikilən evlərin çıxarışları verildi və həmin evlər artıq onların mülkü oldu. Bu, yalnız qaçqınlarla bağlı oldu. 

Ancaq indi söhbət məcburi köçkünlərdən gedir. İndi burada vəziyyət necə olacaq, artıq bu, dövlət proqramıyla həyata keçiriləcək. Ötən il Zəngilanın İkinci Ağalı kəndinə köçürmə oldu. İndi Ağalıya köçürülənlərə dövlət Bakıda və Sumqayıtda evlər vermişdisə, artıq Qarabağa köçürülən əhali o evlərin iddiasını etmədi və onlara çıxarışlar verilmədi. Çünki dövlət onun burada yaşadığı evin əvəzinə daha yaxşısını tikib öz yurd-yuvasında verdi. Hazırda dövlət tərəfindən yüzminlərlə bu kimi evlər tikilib ki, məcburi köçkünlərimiz məskunlaşdırılsınlar. Məcburi köçkünlər də öz doğma yurd-yuvalarına qayıdanda həmin evlər məcburi köçkünlərin əmlakında qalıb-qalmayacaq, evlər təhvil verilib-verilməyəcək, artıq bunu dövlət müəyyən edir. Bu, mənim və yaxud başqalarının təklifi ilə olan məsələlər deyil”.

 

O, Qarabağa köçürüləcək məcbur köçkünlərin Bakıda yaşadıqları evlərə iddia etmələrini ədalətsizlik sayıb:

 

“Mən də məcburi köçkünəm. Məsələn, dövlət öz hesabına mənə ev tikib verib. Bu, dövlətin əmlakıdır. Əgər dövlət yenidən məni öz doğma torpağıma qaytararaq, orada ev tikib məni oraya köçürürsə, artıq bu, mənim tərəfimdən ədalətsizlik olar ki, mən buradakı evin də iddiasını edim.

Qoy buradakı ev də mənzilə ehtiyacı olan başqa insanlara verilsin. Mən belə düşünürəm. Nəyə görə iki yerdə dövlət tərəfindən tikilən evlərə sahiblik iddiasında olmalıyıq? Əgər dövlət məni Xocalıya qaytaracaqsa, eləcə də mənim oradakı evim tikilib bərpa ediləndən sonra məni oraya köçürəcəksə, mən niyə Bakıda dövlət tərəfindən verilən evin iddiasını etməliyəm?” /Yenisabah.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77