Qidalara qatılan bu maddə diabet əmələ gətirir

03:30 23-01-2023 | icon 360 | Sağlamlıq
Qidalara qatılan bu maddə diabet əmələ gətirir

Azərbaycanda da geniş yayılan II tip diabetin ətlə bağlı olduğu üzə çıxıb.

 
 
Alimlər diabeti ət məhsullarında olan konservantlar səbəbindən orqanizmdə baş verən problemlər siyahısına salıb.
 
 
Konsertvantlar sosis, kolbasa, qaxac ət, konserv və s. ət məhsullarının rəf ömrünü artırmaq, rəngini dadını qorumaq üçün qatılan süni qatqılardır.
 
 
Bu maddələrin xərçəng və ürək xəstəliyinə səbəb olması da sübut olunub.
 
Son elmi araşdırmalar nitritlərin diabetin inkişafında da vasitəçi olduğunu hər gün sübut edir.
 
 
Yeni elmi tədqiqat göstərib ki, kolbasa,sosis və bekona xarakterik qırmızı rəng verən konservant II tip diabeti yaradır.
 
 
Bu tədqiqatlar bir daha emal edilmiş ət məhsullarının qidada daha az istifadə olunmasının vacibliyini göstərir.
 
 
Nitritlər eyni vaxtda bir neçə ağır xəstəliyin, o cümlədən xərçəngin səbəblərindən biridir.
 
 
Salyami, paştet, vetçina kimi qidalarda olan nitritlər əslində təbiət üçün zərərsizdir, amma orqanizmdə çox miqdarda orqanizmdə toplandıqda nitrozamin adlı təhlükəli maddəyə çevilir.
 
 
Həkim endokrinoloq Antonina Qureyeva bildirib ki, müasir insanlar uzun illərdir nitritlərlə zəngin qidalar yedikləri üçün II tip diabet riski qazanıblar.
 
 
Fransa alimləri geniş masştablı araşdırmada 104 min insanı müşahidə edərək bu qənaətə gəliblər ki, rasionunda nitritlər çox olan insanlarda diabet daha çox yaranıb.
 
 
“İnsanlar əslində belə qidaları yeməyə bilər. Əti normal təzə halda alıb, evdə yeməklər bişirmək daha sağlamdır. Un,şirniyyat və belə məhsullar 40 yaşdan sonra diabeti artırır”. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər