Avropa Birliyi missiyası Azərbaycana qarşı hansı ssenaridir?

18:21 26-01-2023 | icon 407 | Geopolitika
Avropa Birliyi missiyası Azərbaycana qarşı hansı ssenaridir?

"O missiyanın heç bir siyasi tərsir gücü olmayacaq”

 

Regionda marağı olan güclər hər vəchlə Cənubi Qafqazı özünün nəzarətinə salmağa çalışır. Yenə də Ermənistan kartından istifadə edilir. Avropa Birliyinin missiyasının Ermənistana Azərbaycanla sərhəddə gətirilməsi isə birmənalı qarşılanmır. Belə qeydlər var ki, Qərb, Avropa regionla bağlı Ermənistana yeni ssenarilər hazırlayıb.

 

Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəd ərazilərində iki illik monitorinq missiyası yerləşdirmək qərarı hansı niyyət və məqsəddən xəbər verir və buna hansı ehtiyac, zərurət var?

 

Məsələyə Rusiyanın, eləcə də Türkiyənin reaksiyası nədiir?

 

Versus.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistana Azərbaycanla sərhəddə göndərilməsi ilə bağlı qəbul olunan qərar yaxın perspektivdə regionda sülh quruculuğu prosesinə kömək etməyəcək.

 

Onun sözlərinə görə, belə bir qərarın qəbul olunması siyasi-diplomatik, etik qaydalar gözlənilmədən qəbul edilib:

 

“Ötən ilin əvvəllərində Praqada  Azərbaycan və Ermənistan liderlərinin görüşündə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə belə bir razılıq əldə olunmuşdu ki, 2 ay müddətinə bölgəyə müşahidə missiyası göndərilsin. Avropa İttifaqı bəyan etmişdi ki, göndərilən müşahidə missiyasınmın məqsədi ilk növbədə regionda etimad mühitinin yaradılması, sülh prosesinə töhfə verməkdir. Amma biz ötən ilin sonu və bu ilin əvvəlində cərəyan edən proseslərdən müşahidə edirik ki,  Ermənistan daha da qeyri-konstruktiv, ziddiyyətli mövqe nümyiş etdirib, nəticədə də iki ölkə arasındakı sülh prosesi dayanıb. Bundan belə bir nəticə hasil olunur ki, Avropa İttifaqının göndərdiyi missiya özünün hədəflərinə çatmayıb və  Azərbaycanın xəbəri olmadan 200 nəfərdən ibarət yeni müşahidə missiyasının göndərilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycan Ermənistanla problemi olan tərəfdir və burda ən azı siyasi diplomatik etiket qaydalarına görə Azərbaycanın da mövqeyi nəzərə alınmalı idi. Amma bizim mövqeyimiz nəzərə alınmır. Na görə də bu missiyanın sülhə töhfə verəcəyini gözləmirəm”.

 

Politoloq Rusiyanın AB-nin missiyası ilə bağlı mövqeyini bildirərək, bu missiyanın bəyan etdiyi məqsədləri regionda həyata keçirdə bilməyəcəyini önə çəkib. Bildirib ki, Türkiyənin məsələ ilə bağlı mövqeyi ortada olmasa da, Azərbaycanla koordinasiyalı fəaliyyət göstərdiyi məlumdur.

 

Hərbi siyasi ekspert Telman Qasımov bildirib ki, Ermənistan regionda yaratdığı gərginliyi beynəlxalq müstəviyə çıxarıb. O, bunun əsas səbəblərindən biri bu gün Ermənistanın Laçın-Xankəndi yolu üzərində keçirilən aksiyanı guya yolun bağlanması, humanitar fəlakət kimi təbliğ etməsi ilə bağlıdır.

 

Onun sözlərinə görə, əslində yaranmış vəziyyət Avropa Birliyinin regiona daxil olması üçün bir bəyanədir və bundan məharətlə istifadə etməyə çalışırlar:

 

“Əvvəldən də aydın məsələ idi ki, Ermənistan baş naziri sülhlə bağlı protokolları, sülh danışıqları ilə bağlı prosesi uzadaraq, məsələni beynəlxalq müstəviyə çıxarmaq istəyir. Paşinyanın bu siyasətinin cücərtiləri göz önündədir. Və bu gün Ermənistan Avropa Birliyinin 200 nəfərlik müşahidə missiyasının Azərbaycanla sərhədə gəlməsinə sevinir. Amma onların sevincləri gözlərində qalacaq. Bu missiyanın heç bir siyasi təsir gücü yoxdur. ATƏT-in Minsk Qrupu kimi yalnız tövsiyələr verə bilər. Sabah Ermənistanla Azərbaycan arasında hər hansı hərbi gərginlik olarsa o missiyanın heç bir siyasi tərsir gücü olmayacaq”.

 

T.Qasımov qeyd edib ki, burda hər bir dövlətin özünün maraqları var:

 

“Avropa Birliyi çalışır ki, Rusiyanın Cənubi Qafqazdakı rıçaqlarını zəiflətsin, bölgəyə nəzarət etsin. Ona görə də Ermənistanın bu missiyanı belə həvəslə reklam etməsinə ciddi yanaşmaq olmaz. Bu missiyanın Azərbaycana heç bir təsiri ola bilmız”.

 

Hərbi-siyasi ekspert nə baş verməsindən asılı olmayaraq Azərbaycan tərəfi AB-nin missiyasi ilə paralel işləməli, regionda baş verən olayları missiyaya çatdırmalı, məlumatlandırmalıdır. Onun sözlərinə görə, Ermənistan bu missiyanı Rusiya sülhməramlılarının əvəzinə Qarabağa da dəvət etmək istəyir.

 

“Bu yanaşma özü də ermənilərin absurd, ağılsız yanaşmasıdır. Soruşan lazımdır ki, sən kimsən ki, başqasının ərazisinə missiya çağırırsan. Bu da boş şeylərdir. Azərbaycanın icazəsi olmadan bu mümkün deyil. Azərbaycan Laçın yolunda hansısa missiyanın olmasına icazə verməsə mümkün deyil. Azərbaycan öz ərazilərinə özü nəzarət etməlidir. Ona görə də Azərbaycanın əleyhinə olan qərarlar manevrlərdir. Görünən odur ki, Ermənistan üçün yeni ssenarilər hazırlanır. Rusiya ayıq-sayıqdır. Bilir ki, qərbin bura yerləşməsi Avropa Parlamentinin Azərbaycan əleyhinə çıxardığı qərarlar Rusiyanı sıxışdırmaqla bağlıdır”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ