Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

11:19 31-01-2023 | icon 333 | Sağlamlıq
Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər?

 

Azərbaycanda ümumi təhsil müəssisələrində beş günlük qış (27-31 yanvar) tətili başa çatmaq üzrədir.

 

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

 

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

 

Məktəblərdə qış tətili başa çatdığı bir vaxtda ölkədə geniş yayılan influenza narahatlıq doğurur. Nəzərə almaq lazımdır ki, adıçəkilən virusa uşaqların yoluxması daha çox qeydə alınır. Məktəbə qayıdarkən azyaşlılar arasında virusun daha geniş yayılmaq riski mövcuddur.

 

Bu vəziyyətdə həm valideynlər, həm də məktəb rəhbərliyinin qarşısında öhdəliklər dayanır. Yaranmış vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov baku.ws-ə bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun müalicəsi ev şəraitində aparılmalıdır:

 

“Kəskin respirator xəstəliklərin çoxaldığı vaxtda bu, başadüşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müalicəsini davam etdirməsi vacibdir. Xəstə şagirdin məktəbə getməsinə ehtiyac yoxdur. Bu məsələdə valideynlərə tövsiyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər şagird xəstə halda məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununla əlaqədar məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcuddur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı