Azərbaycan silahlı qüvvələri 57-ci yerdə qiymətləndirilirsə...

16:07 02-02-2023 | icon 338 | Geopolitika
Azərbaycan silahlı qüvvələri 57-ci yerdə qiymətləndirilirsə...

“Bizə düşmən ölkələr bu güclə razılaşmalı olacaqlarını bilməlidirlər”

 

Dünyanın ən güclü ordularının siyahısını təşkil edən Amerikanın Global Firepower şirkəti 2023-cü ilin siyahısını açıqlayıb. Bu şirkət 140 ölkə arasında 60 kriteriya üzrə araşdırma və qiymətləndirmələr aparıb və nəticədə Azərbaycan Ordusu reytinq cədvəlində 57-ci yerdə qeyd olunub. Azərbaycan Ordusunun güc nisbətinə görə ötən illə müqayisədə 10 il irəliləməsi regionda bizə düşmən qüvvələrə hansı mesajı vermiş oldu?

 

Bu istiqamətdə açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Amerikanın Global Firepower şirkətinin təşkil etdiyi dövlətlərin ordu gücünün qiymətləndirməsi bütün dünya ölkələrinin qəbul etdiyi bir reytinq cədvəlidir.

 

Onun sözlərinə görə, Azərbaycanın 10 ildə irəliləyib 57-ci yerdə yer alıbsa, bu, Ordu gücümüzün artmasının nəticəsidir:

 

“ABŞ-ın təyin etdiyi məlum qiymətləndirmə Ermənistana və ona dost olan dövlətlərə növbəti mesajını vermiş oldu. Bizə düşmən olan ölkələr Cənubi Qafqazda bu güclə razılaşmalı olacaqlarını bilməlidirlər. Əks təqdirdə silahlı qüvvələrimiz 44 günlük müharibədə olduğu kimi bütün tapşırıqları yerinə yetirməyə qadir olacaq”. 

 

Eksper  qeyd edib ki, bütün dövlətlər, silahlı qüvvələr öz strategiyalarını hərbi qüdrətinə görə qurarlar. Əgər düşmən tərəf varsa, ordu həmin qarşı tərəfə nisbətdə qurulmalıdır:

 

“Bu o deməkdir ki, silahlı qüvvələrimiz artan təhdid və təhlükələrdən dolayı  həm təhlükəsilik konsepsiyamızın, həm də müdafiə doktrinamızın əsas dayağıdır. Bizi düşmən görən Ermənistan ordusu isə 94-cü pillədə qiymətləndirilib. Bu Azərbaycan silahlı qüvvələrimizin gücünün, Ermənistana nisbətən 33 dəfə çox olması deməkdir”.

 

Ermənistanın son zamanlar İranı yanına almaqla revanşist bəyanatlar verdiyini qeyd edən E.Şıxəliyev Azərbaycanın yanında dayanan strateji müttəfiqimiz Türkiyənin hərbi gücünü xüssusilə vurğulayıb:

 

“Türkiyənin hərbi gücü Global Firwover tərəfindən 11 ci yerdə dəyərləndirilir. Bu gün artıq regionda bizi düşmən görənlərin müharibə ritorikasında danışması onların real hərbi güclərinə adekvat deyil. O indeksin açıqlanması ilə əslində bütün ölkələr bir-birinə o mesajı verir ki, müharibə təhlükəsi yaratmaq fikriniz varsa bu reytinqə əsaslanmalısız”.

 


Ekspert qeyd edib, məlum reytinq cədvəli təşkil edildiyi zaman orduların hərəkət qabiliyyəti, eləcə dözümlülük kimi faktorlar diqqətə alınır:

 

"Bölgədə Azərbaycana qarşı təhdid və təhlükələr  sovuşmayıb. Qarabağda hələ də qeyri-qanuni erməni silahlı birləşmələri mövcuddur. Bu qüvvələr  ya silahsızlaşdırılmalı, ya da antiterror əməliyyatı ilə məsələyə nöqtə qoyulmalıdır. Qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi, ərazilərdən çıxarılması bölgədə olan Rusiya sülhməramlılarının üzərinə düşən missiya idi. Bizim növbəti mərhələdə Azərbaycanın nail olacağı strateji hədəfi budur. Əslində beynəlxalq krizisləri hesablama mərkəzləri Qarabağın üzərində yuridiksiyamızın təmin olunması üçün Ermənistanla Azərbaycanın üçüncü dəfə konfliktə gələ biləcək situasiyanın mövcudluğunu qiymətləndirirlər”.

 

E.Şıxəliyev eyni zamanda qeyd edib ki, Global Firepowerin Ordumuzla bağlı hesabladığı güc birinci növbədə Qarabağdakı qeyri-qanuni silahlı qüvvələrini təmizləmək istiqamətində istifadə oluna bilər:

 

“Digər bir məsələ Ermənistanla şərti sərhəddə, Qazağa qədər təmas vəziyyətində Ermənistanın mövcud diversiya təxribat fəaliyyətlərinin qarşısını almaq yönündə fəaliyyəti olacaq. Eləcə də İran tərəfindən səsləndirilən düşmən ritorikası fonunda ordumuzun gücünün artmasını gözləməliyik. Xüsusən də indi Azərbaycan Ordusunun Türkiyənin mini modelinə keçidi yol xəritəsində komando briqadaların yaradılması silahlı qüvvələrimizdə kəmiyyətin, keyfiyyətə keçidini təmin etməkdədir. Artıq Müdafiə Nazirliyinin bütün quruluş və qurumlarının Türkiyə silahlı qüvvələrinin mini modelinə keçidinin tamamlanması başa çatmaq üzrədir”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ