"İranın çirkin əməlləri xalqımızın iradəsini sındıra bilməyəcək"

10:10 03-02-2023 | icon 334 | Geopolitika
"İranın çirkin əməlləri xalqımızın iradəsini sındıra bilməyəcək"

Musa Quliyev: “Bu xain rejimin bircə dostu var, o da faşist Ermənistandır”

 

 “İranın fitnəkar rejimi yenə də düşmənçilik toxumunu səpdi. İranın çirkin iç üzünü bir daha gördük. İran rəsmlərinin nə bəyanat verməsindən, hansı bəhanə uydurmasından asılı olmayaraq gün kimi aydındır ki, bu terror İran dövlətinin bizə düşmən siyasətinin tərkib hissəsidir və nəticəsidir”.

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Musa Quliyev İrada Azərbaycan səfirliyində törədilən terrr aktı ilə bağlı açıqlamasında bildirib.

 

Deputat bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə terrorçu hücumu İran xüsusi xidmət orqanlarının "xeyir- duası" ilə  baş verib. 

 

“İranın çürümüş rejiminin sonu yaxınlaşır, bu terrorçu, allahsız, vizdansız və əxlaqsız rejim məhvə məhkumdur. İranda islam adından üzündə maska kimi istifadə edən islam və insan düşməni bir totalitar rejim öz biabırçı sonunu tezləşdirməkdədir. Bütün dünya ilə, o cümlədən müsəlman qonşuları ilə  düşmən olan bu xain  rejimin bircə dostu var, o da faşist Ermənistandır”.

 

İranın belə mənfur, çirkin əməlləri xalqımızın iradəsini sındıra bilməyəcək. Əksinə, daha da mübariz ruhumuzu artıracaqdır. İran bu qanı öz çirkin əllərindən və sifətindən yuya bilməyəcəkdir. Hesab edirəm ki, İran xalqı, xüsusi ilə oradakı soydaşlarımız tezliklə öz qəti və son sözünü söyləyəcəkdir. Terroru dövlət siyasətinə çevirən bir rejim tarixin zibilliyinə tullanacaqdır. İranın terrorçu siyasətini qətiyyətlə pisləyirik”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ