Zəlzələ üzrə mütəxəssis 22 gün əvvəl xəbərdarlıq edibmiş

12:55 06-02-2023 | icon 516 | Gündəm
Zəlzələ üzrə mütəxəssis 22 gün əvvəl xəbərdarlıq edibmiş

“Kahramanmaraş xəttindən ehtiyatlı olun”

 

Geologiya üzrə mühəndis olan Burhan Daşın yanvarın 15-də Elazığda baş verən 4,9 bal gücündə zəlzələdən sonra xəbərdarlıq etdiyi məlum olub.

 

Burhan Daş bununla bağlı etdiyi açıqlamada yeni zəlzələnin gözlənildiyini vurğulayıb.

 

“Daha əvvəl Çelikhan-Kahramanmaraş əsas xətti üzərində böyük zəlzələ gözləndiyini vurğulamışdıq və bu gözlənti hələ də davam edir. Uzun müddətdir qırılmayan bir xətt var. Eyni zamanda, Şimal-Şərqi Anadolu qırılma xəttində də uzun müddətdir qırılmayan xətlər var. Türkiyə zəlzələ zonasıdır və davamlı olaraq zəlzələlər baş verir. Bunlar davam edəcək, əsas odur ki, bu halla necə yaşayacağımızı, nə edəcəyimizi öyrənməliyik”, - deyə o qeyd edib.

 

Qeyd edək ki, avstraliyalı astronom, “zəlzələ kahini” kimi tanınan Frenk Hugerbits fevralın 3-də sosial mediada etdiyi paylaşımda Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 maqnitudalı zəlzələ olacağı barədə xəbərdarlıq edib.

 

 

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb. /Haber Global/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ