Media Reyestrinə qarşı kampaniya aparanların İNFORMASİYA TƏXRİBATI

12:40 07-02-2023 | icon 1369 | KİV
Media Reyestrinə qarşı kampaniya aparanların İNFORMASİYA TƏXRİBATI

"“İcazəli media istəmirik” ideyasını AXCP və onun yandaşları gündəmə gətirib"

 

"“Media haqqında” Qanun və Media Reyestrinə qarşı çıxanlar ötən həftə yeni kampaniya başladıblar. “İcazəli media istəmirik” həştəqi ilə başladılan kampaniya ideya olaraq müxalifət partiyası - AXCP və onun yandaşları tərəfindən gündəmə gətirilib. Bu baxımdan kampaniyanın siyasi motivli olduğu, mübarizə üçün alət qismində istifadə edildiyi bilindi və media caməsi tərəfindən heç bir dəstək qazanmadı".

 

 
Versus.Az xəbər verir ki, bunu bir qrup jurnalistin "icazəli media istəmirik" həştağı ilə başladığı kampaniya ilə bağlı açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşviq Ələsgərli bildirib.
 
 
 
AXCP çevrəsində olan 2-3 nəfər “jurnalist” və “media eksperti”ndən başqa heç kimin bu kampaniyaya dəstək vermədiyini qeyd edən M.Ələsgərli vurğuladı ki, görünən budur ki, kampaniya tərəfdarları məğlubiyyətlərini etiraf etmək əvəzinə, yeni təxribata əl atıblar:
 
 
"Kampaniya çərçivəsində hansısa “uğurun əldə edilməsi” barədə yalançı məlumat yayıblar. Bu məlumatı paylaşanlardan biri - Aliyə Yaqublu qeyd edir ki, “KİV-lərdə işləyə bilmək üçün artıq Əhməd İsmayılovun icazəsi lazım gəlməyəcək”. Statusun davamından belə nəticə çıxır ki, guya “MEDİA Agentliyi” kampaniya qarşısında geri çəkilib, jurnalistlər üçün Media Reyestrində qeydiyyata düşmək məcburiyyətini ləğv edib”.
Absurd bir iddiadır. Kampaniya iştirakçıları bu məlumatı yayarkən, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun nitqinə “istinad ediblər”. Hansı ki, bu, istinad deyil. İsmayılovun nitqini kontekstdən çıxararaq öz istədikləri kimi şərh ediblər. Əhməd İsmayılov çıxışında deyib ki, “Jurnalistlər media reyestri olmadan da fəaliyyətlərini davam etdirə bilər”. İcraçı direktorun bu fikirləri “Media haqqında” Qanuna və Media Reyestrinin şərtlərinə uyğundur".
 
 
Qanun qəbul edilən gündən Media Reyestrinə düşməyin KİV subyektləri üçün məcburi, jurnalistlər üçün isə könüllü olduğunun bəyan edildiyini xatırladan M.Ələsgərli bildirdi ki, jurnalistlər Media Reyestrinə düşməsələr belə, fəaliyyətlərini davam etdirəcəklər:
 
 
"Əhməd İsmayılov Milli Məclisdəki çıxışında bu müddəanı təkrarən diqqətə çatdırıb. Amma kampaniyanın icraçıları bunu öz “uğurları” kimi təqdim etməyə çalışıblar".
 
 
A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı