“Qardaş köməyinə ehtiyacımız var” - TƏCİLİ

18:41 07-02-2023 | icon 308 | Cəmiyyət
“Qardaş köməyinə ehtiyacımız var” - TƏCİLİ

Səlçuk Karakılıç: "Türkiyə yenə də böyük bir fəlakətlə üz-üzədir"

 

“Hələ 100 il öncə Azərbaycanda Birinci Dünya Müharibəsi və Milli Mübarizə illərində hər zaman “Qardaş köməyi” adı ilə yardım toplanırdı. Təkcə imkanlılar deyil, Azərbaycan xalqı əllərində nə varsa, Türkiyəyə göndərirdi. “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” Birinci Dünya Müharibəsi illərində qardaş Türkiyəyə yardımlarını davam etdirirdi. “Qardaş köməyi” adlı nəşri çıxararaq gəlirlərini Türkiyəyə göndərən azərbaycanlı jurnalistlər xalqın səsinə çevrilmişdi”.

 

Versus.Az xəbər verir ki, bunu mediaya açıqlamasında Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıç bildirib.

 

Yüz il sonra baş verən zəlzələdən dolayı Türkiyənin yenə də böyük bir fəlakətlə üz-üzə qaldığını qeyd edən S.Karakılıç bildirib ki, bu gün yenidən “Qardaş Köməyi”nə ehtiyac var:

 

"“Bakı-Türk Təhsil” qurumları, “Türkiyə Əsri Birlik və Həmrəylik” platforması və “Qardaş Köməyi” platforması müxtəlif yardım kampaniyaları təşkil edir. Qardaş köməyinə, qardaşlarımızın səsinə ehtiyacımız var. Aşağıda nömrələri və adları qeyd olunan kampaniyaya sizləri dəvət edir, dəstəyinizi gözləyirik".

 

Siyahıda verilən əşyaların təmin edilməsi və zəlzələdən zərər görmüş bölgələrə maddi yardımın göstərilməsi üçün aşağıdakı ünvanlara yardım toplanılmasını təşkilində və məlumatın yayılmasında dəstəyimizi əsirgəməyək!

Öncədən təşəkkürlər!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı