MayoMed Klinikası Türkiyəyə başsağlığı verdi

13:44 08-02-2023 | icon 464 | Sağlamlıq
MayoMed Klinikası Türkiyəyə başsağlığı verdi

Nərminə Abbasova: “Hər an yanlarındayıq, dərdlərinə şərikik”

 

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına qoşulub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı MayoMed Klinikasından ailə həkimi, həkim terapevt Nərminə Abbasova məlumat verib.

 

Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi ilə bağlı Azərbaycan vətəndaşlarına çağırışına qoşulan MayoMed Klinikasının həkimləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasına dəstək olublar.

 

“Özümün və MayoMed Klinikasının həkim kollektivi adından Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dərin hüzünlə başsağlığı verir, ölənlərə rəhmət, yaxınlarına səbr diləyirik. Allah zəlzələdən zərər çəkmiş insanlarımıza şəfa versin. Hər an onların yanındayıq, dərdlərinə şərikik”- deyə, Nərminə xanım bildirib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı