Yüksək təzyiqi yaradan 10 əsas səbəb

15:21 10-02-2023 | icon 395 | Sağlamlıq
Yüksək təzyiqi yaradan 10 əsas səbəb

Arterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.

 
 
Arterial təzyiqi yaradan faktorlar 10 illərdir eyni qalıb. Bunlar əsasən xarici amillər, zərərli vərdişlərdir:
 
 
- Artıq çəki. Çəkiniz artıq olduqca orqanizminizə də o qədər çox qan lazım olur. Və qanın artması da təzyiqin artmasına səbəb olur.
 
- Fiziki aktiv olmamaq. Sizin fiziki aktiv olmamağınız ürəyinizin işini artırır və ürək vurğularının tezliyi artmış olur.
 
- Tütün istifadə edilməsi. Bu tip tüstülər sizin arteriyanızın divarını zədələyir. Bu da arteriyaların divarının daralmasına və təzyiqin yüksəlməsinə səbəb olur.
 
- Qidalarda duzun çox istifadəsi. Duzun çox istifadəsi mayenin orqanizmdə toplanmasına, bu da təzyiqin qalxmasına səbəb olur.
 
- Qidanızda kaliumun az olması. Kalium sizin hüceyrələrdə duz balansını saxlamağa kömək edir. Kifayət qədər kalium istifadə etmirsinizsə qidanızsa bu duzun orqanizmdə yığılmasına və təzyiqin qalxmasına səbəb olur.
 
- Alkoholun istifadəsi. Zaman keçdikcə alkohol içmə sizin ürəyinizi zədələyir.
 
- Stress. Yüksək stress təzyiqin qalxmasına səbəb olur.
 
- Xronik vəziyyətlər. Xronik vəziyyətlər təzyiqin yüksək olmasına gətirib çıxarır. Məsələn, şəkərli diabet, böyrək xəstəlikləri, yüksək xolesterol, yuxu apnoyesi.
 
 
Bəzən hamiləlik də yüksək arterial təzyiqə səbəb olur. Hipertenziya bəzən uşaqları da zədələyə bilir. Böyrək və ürək xəstəlikləri uşaqlarda təzyiqin qalxmasına səbəb olur.
 
 
Ağırlaşmalar
 
 
- Arteriyaların zədələnməsi. Bu halda arteriyalarda ateroskleroz əmələ gəlir.
 
- Anevrizma. Yüksək təzyiq damarları zədələyərək anevrizmanın əmələ gəlməsinə səbəb olur. Anevrizmanın divarı zədələməsi həyati təhlükəli ola bilər.
 
- Ürək çatmazlığı. Qanı damarların yüksək təzyiqinə qarşı qovmaq ürək əzələsini zəiflədir. Bu da gələcəkdə ürək çatmazlığına səbəb olur.
 
- Beyində zədələnmiş və ya blok olunmuş damarlar. Yüksək təzyiq beyin qan dövranını pozur və insulta səbəb olur.
 
- Böyrəklərdə zədələnmiş və daralmış damarlar. Bu hal orqanları normal fəaliyyət göstərməyə qoymur.
 
- Göz damarlarında dəyişikliklər. Yüksək təzyiq göz damarlarının cırılmasına, daralmasına, nəticədə görmənin itməsinə səbəb olur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı