Mikroavtobus TIR-la toqquşdu, ölənlərin sayı artır - YENİLƏNİB

10:35 14-02-2023 | icon 429 | Hadisə
Mikroavtobus TIR-la toqquşdu, ölənlərin sayı artır - YENİLƏNİB

Ucarda baş verən hadisədə ölən və yaralananlar var

 

Ucarda mikroavtobusla TIR-ın toqquşması nəticəsində xəsarət alanların sayı altıya çatıb.

 

Onlardan üç nəfəri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Xəsarət alanlar - Bakı sakinləri olan iki bacı 1963-cü il təvəllüdlü Məmmədova Sevda, 1970-ci il təvəllüdlü Hacıyeva Mahirə və Şəmkir sakini 1979-cu il təvəllüdlü Qəhrəmanov Rafiq Vaqif oğludur.

**

10:13

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.

 

Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb.

 

Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi “Mersedes sprinter” markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.

 

Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. /report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı