Ağdaş polisi 10 nəfəri saxladı

10:47 17-02-2023 | icon 515 | Hadisə
Ağdaş polisi 10 nəfəri saxladı

Qadın sərnişin taksi sürücüsünü soydu

 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyatlar zamanı cibgirlik, oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər tutularaq istintaqa cəlb edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində bir nəfərin üzərində olan 945 manat pulun naməlum şəxs tərəfindən oğurlanması barədə şöbəyə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin pulu oğurlamaqda şübhəli bilinən Arifə Zülfüqarova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər də cibgirliklə məşğul olduğu üçün məhkum olunmuş qadın sərnişin qismində taksiyə əyləşərək sürücüdən onu Bərdə rayonuna aparmasını istəyib. Onlar birlikdə hərəkətdə olarkən A.Zülfüqarova sürücünün cibində olan pulu gizlicə götürüb. Saxlanılan şəxsin digər vətəndaşlara qarşı da analoji cinayətlər törətdiyi istisna edilmədiyindən ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində yerləşən mənzildən müxtəlif məişət əşyalarını gizli olaraq talayan Bəhram Nəsirov və Ərəbşəki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədən iribuynuzlu mal-qaranı oğurlayan Yevlax şəhər sakini Bəhruz Mustafayev saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdiklərini ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.

 

Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində son günlərdə keçirilən növbəti əməliyyatlar zamanı isə daha yeddi nəfər - Yaqub Əliyev, Aqşin Kərimov, Səbuhi Mustafayev, Orxan Zülfüqarlı, Ruslan Süleymanov, Fəxrəddin və Ümid Məmmədovlar - saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK