“Qardaş Köməyi” platforması rəhbərləri zəlzələ bölgəsindədir

 

17:16 22-02-2023 | icon 571 | Hadisə
 “Qardaş Köməyi” platforması rəhbərləri zəlzələ bölgəsindədir
 

 

Tükiyədə baş verən zəlzələyə görə yaradılmış “Qardaş Köməyi” platformasının rəhbərliyində təmsil olunan bir qrup şəxslər fəlakət bölgəsinə səfər ediblər. Səfər zamanı qrup Kahramanmaraş, Hatay və zəlzələdən ziyan görmüş digər ərazilərdə olub, dəstək üçün fikir mübadiləsi aparıb, mənəvi dəstək olublar.

Səfərin ilk günündə Türkiyə Muharibə Qazilər Dərnəyinin genel başqanı Beyazid Yumukla platformanın tsisçilərindən biri olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Adana hava limanında  bir araya gəlib. Dağıntılar olan əraziyə birlikdə səfər ediblər.

 

 

Versus.az xəbər verir ki, bu barədə məlumat verən hərbi ekspert Emin Həsənli bildirib ki, bu gün Türkiyədə hər kəsdə məyusluqla yanaşı  bir ümid var.

 

“Beyazid Yumuk bizimlə görüşdə qeyd etdi ki, Türkiyə hər zaman çətinliklə qarşılaşıb və həmişə də bu çətinliklərə qalib gəlib. Bu çətinliyin də  öhdəsindən gələcək. Hər kəs Azərbaycanın ən ağır zamanda Türkiyənin yanında olmasını məmnunluqla qeyd edir və Azərbaycan xalqına, Azərbaycan Prezidentinə minnətdarlığını bildirir”.

E.Həsənli bildirib ki, Platforma təmsilçiləri səfərin ilk günü Türkiyə Daxili işlər naziri Süleyman Soylu ilə görüşüblər. Onun sözlərinə görə, Süleyman Soylu ilə yaranmış böhranlı vəziyyət, lazım olan yardımlar və bu yardımların çatdırılması ilə bağlı məsləhətləşmələr aparılıb.

 

“Platforma təmsilçiləri qardaş Türkiyəyə maddi və mənəvi köməyin davam edəcəyini bildiriblər. Müzakirələr zamanı Süleyman Soylu Azərvaycan xalqına və dövlətinə öz minnətdarlığını bildirib.

Bununla yanaşı platforma təmsiulçiləri yerlərdə humanitar əməliyyatlarda iştirak edən hərbçilər və mülki şəxlərlə də görüşüblər”.

 

“Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri E.Həsənli Türkiyə Jandarm Qüvvələri komandanı Arif Çətinlə görüş barədə də məlumat verib.

E.Həsənlinin verdiyi məlumata görə, görüş Qəhrəmanmaraş bölgəsində Jandarm Qüvvələrinin Mobil Hərəkət Mərkəzində baş tutub.

“Arif Çətin yaranmış vəziyyətlə bağlı, fəlakətin aradan qaldırılması ilə bağlı məlumat verdi. O, Azərbaycanın bu çətin günlərdə Türkiyəyə göstərdiyi qardaşlıq köməyini yüksək qiymətləndirdi. Həm humanitar yardımlar, həm xilasedicilərin bölgədə gördüyü işlər, həm də hazırda zəlzələ nəticəsində ağır durumda olan insanlara yardıma gəlmiş könüllülərin işini yüksək qiymətləndirən Arif Çətin bu qardaşlıq köməyinin heç vaxt unudulnmayacağını bildirdi. O, Azərbaycan FHN-nin xilasedicilərinin həm peşəkarlığının, həm də malik olduqları avadanlıqların xilasetmə işlərinin keyfiyyətlə yerinə yetirmələrində əsas şərt olduğunu da xüsusi qeyd etdi.

Mən də öz növbəmdə fəlakətin aradan qaldırılması üçün bundan sonra da “Qardaş Köməyi” platforması olaraq yardımların davam etdiriləcəyini bildirdim”.

 

E.Həsənli söhbət əsnasında Arif Çətinin biz zamanlar Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müşavir kimi xidmət etdiyi zamanları da xatırladığını bildirib: “Arif Çətin Azərbaycanda xidmət etdiyini xatırladı və bildirdi ki, qısa müddətdə çox inkişaf etdiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, Qarabağ zəfəri də məhz bu inkişafın nəticəsi idi”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı