Film çəkilişi zamanı ölüm təhlükəsi

09:01 02-03-2023 | icon 767 | Film
Film çəkilişi zamanı ölüm təhlükəsi

“Məni az qala boğurdular, tərpənə və danışa bilmirdim…”

 

Məşhur amerikalı aktyor Brendan Freyzer “Mumiya” filminin çəkilişləri zamanı baş vermiş xoşagəlməz hadisəni xatırlayıb.

 

Freyzer bu barədə “The Kelly Clarkson Show”da çıxışı zamanı danışıb.

 

Aktyor bildirib ki, çəkilişlərdən birində ölüm təhlükəsi yaşayıb.

 

“Məni yanlışlıqla az qala boğurdular. Orada asılma səhnəsi var idi. Kamera mənə tərəf çevrildi və mən ayaq barmaqlarım üzərinə qalxdım. Üzərimdəki kəndiri tutan oğlan onu bir az da yuxarı çəkdi. Bundan sonra mən yerimdən tərpənə bilmədim, həmçinin danışa da bilmədim. Lakin çəkiliş qrupu vaxtında müdaxilə edə bildi”, - deyə o, başına gələnləri nəql edib.

 

Sənətçinin sözlərinə görə, həmin an sükut çöküb, koordinator isə onu özünə gətirməyə çalışıb^

 

“Təbrik edirəm, siz klubdasınız - eyni hadisə “Cəsur ürək” filmində Mel Gibsonun da başına gəlmişdi” - deyə koordinator Freyzeri sakitləşdirməyə cəhd edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ