“Flowers” mahnısının uğuruna görə Sayrusu məhkəməyə verdi

10:12 03-03-2023 | icon 724 | Şou-biznes
“Flowers” mahnısının uğuruna görə Sayrusu məhkəməyə verdi

Avstraliyalı aktyor Liam Hemsvort keçmiş həyat yoldaşı, məşhur müğənni Mayli Sayrusu “Flowers” mahnısına görə məhkəməyə verib.

 

“Qarşısıalınmazlar 2” (“The Expendables 2”) və “Aclıq Oyunları” (“The Hunger Games: Mockingjay”) filmlərindəki rolları ilə tanınan aktyor Sayrusun “Flowers” mahnısında ona böhtan atdığını, bu səbəbdən “Netflix” ilə “Cadugər” (“The Witcher) serialı üçün müqaviləsini itirmək üzrə olduğunu deyib.

 

Qeyd edək ki, yanvar ayında Mayli Sayrus “Flowers” mahnısını və klipini təqdim edib. Mahnı yanvarın 13-də, Liam Hemsvortun ad günündə işıq üzü görüb. Müğənninin pərəstişkarları hesab edir ki, məşhur ifaçı yeni bəstəsini keçmiş əri ilə münasibətinə həsr edib. İfaçı mahnısında keçmiş ərini ona xəyanət etməkdə ittiham edib və bildirib ki, özü özünə çiçək ala bilər.

 

 

Ulduz cütlük 2009-cu ildə “Son mahnı” (“The Last Song”) adlı romantik filmin çəkiliş meydançasında tanış olublar. 2012-ci ilin iyununda nişan elan olunub, evlilik isə uzun çəkməyib - 2020-ci ildə Liam və Mayli rəsmi olaraq boşanıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ