Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

08:51 14-03-2023 | icon 467 | Maraqlı
Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

İngilis cütlük divarlardan bal süzülməyə başlayanda evlərinin nəhəng arı pətəyinə çevrildiyini aşkar ediblər.

 

Keyt Dempsinin sözlərinə görə, o, əri ilə birlikdə evlərinin divarlarında bir neçə tünd ləkə görüb. Sonradan bunun bal olduğu məlum olub. Təəccüblənən cütlük döşəmədə kiçik bir dəlik açaraq orada iki metrlik nəhəng arı pətəkləri və litrlərlə bal tapıblar.

 

“Biz heç vaxt belə bir şey görməmişdik”, - deyə Keyt bildirib

 

Cütlük kömək üçün mütəxəssislərə müraciət etsə də, onlar öz xidmətlərinə görə ailədən külli miqdarda pul tələb ediblər Belə olan halda Keyt və əri arıların izlərini təmizləmək üçün dostlarını köməyə çağırıblar.

 

“Hər şey keçən ilki çox isti yayda başladı. Yataq otağımızın divarından aşağı qara yapışqan bir maddənin damcıladığını gördük”, - Dempsi xatırlayır.

 

Cütlüyün sözlərinə görə, arılar onları narahat etməyib, ona görə də bu kəşf onlar üçün tamamilə sürpriz olub. Ümumilikdə, bütün balı çıxarmaq üçün Kate və əri təxminən dörd həftə əziyyət çəkiblər.

 

“Biz hamımız arıları narahat etməmək və onları öldürməmək üçün əlimizdən gələni etdik”, - deyə britaniyalı bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır