Tualet kağızlarında zəhərli birləşmələr

14:00 17-03-2023 | icon 462 | Maraqlı
Tualet kağızlarında zəhərli birləşmələr

Bütün dünyada tualet kağızında zəhərli PFAS birləşmələri aşkar edilib, onlar təbii mühitdə demək olar ki, parçalanmır, lakin insan sağlamlığına sağalmaz ziyan vura bilərlər.

 

Bu barədə Florida Universitetinin alimlərinin araşdırmasında deyilir.

 

Bildirilir ki, sözügedən birləşmələr qaraciyər, qalxanabənzər vəzi xəstəliklərinə, həmçinin sonsuzluğa və hətta xərçəngə səbəb ola bilər.

 

Amma onların dəri vasitəsilə nüfuz etdiyini təsdiqləyən heç bir araşdırma yoxdur.

 

Jurnalistlərin və alimlərin təşvişinə səbəb bu çirkli kağızların əkin sahələrinə çıxarılan təbii suları və sənaye kompostlarını yoluxdurmasıdır. Bu vasitə ilə təhlükəli PFAS bəşəriyyəti təhdid edir.

 

PFAS - ən məşhuru Teflon olan, təxminən beş min süni sintez edilmiş maddələrdən ibarət qrupdur. Alimlər hesab edirlər ki, onun tualet kağızlarında ortaya çıxmasında məhsulların avadanlıqlara yapışmasının qarşısını almaq üçün PFAS istifadə edən tualet kağız istehsalçıları məsuliyyət daşıyırlar. Eyni zamanda, istehsalçılar kağızda təhlükəli kimyəvi maddənin ortaya çıxmasında günahlarını qəti şəkildə inkar edirlər.

 

Qeyd edilir ki, dünyanın 21 ən böyük istehsalçısının videoları elm adamları tərəfindən yoxlanılıb və onların hamısında PFAS aşkar edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Jurnalistlərə psixoloji təlim keçirilib

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır