“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı

15:00 18-03-2023 | icon 382 | Cəmiyyət
“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı

“Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 165 illik yubileyi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Suraxanı” gəmi-muzeyinin birgə təşkilatçılığı ilə “Xəzərin İrsi” adlı unikal sualtı-arxeologiya sərgisinin açılış mərasmi keçirilib.

 

Versus.Az xəbər verir ki, sərginin açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO), Azərbaycan Milli Elmlər Akademiyasının rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, sualtı arxeologiya sərgisi barədə fikirlərini bildirib. Akademik Milli Azərbaycan Tarixi Muzeyində 1968-ci ildə fəaliyyətə başlayan sualtı arxeoloji ekspedisiyanın tarixindən və ona rəhbərlik edən Viktor Kvaçidzenin bu ekspedisiyadakı rolunu xüsusi vurğulayıb. Nailə Vəlixanlı qeyd edib ki, V.Kvaçidzenin sualtı arxeoloji tədqiqatları nəticəsində muzeydə və Azərbaycan tarix elmində yeni bir ixtisas sahəsinin əsası qoyulmuş, tariximizin öyrənilməsinə yeni töhfələr verilmiş, eyni zamanda muzeyin Arxeologiya fondu sualtı arxeoloji materiallar hesabına zənginləşmişdir.
Tədbirdə, həmçinin, bildirilib ki, sualtı-arxeologiyaya həsr olunmuş bu sərgi yalnız mütəxəssislər, tədqiqatçılar üçün deyil, Azərbaycan tarixi və mədəniyyəti ilə maraqlanan hər kəs, o cümlədən ölkəmizin qonaqları üçün maraqlı olacaq.

 

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar – Xəzərin Azərbaycan sektorunun dibindən aşkarlanmış artefaktlar, tarixi əşyalar nümayiş edilir. Qeyd edək ki, bu sərgi Milli Azərbaycan Tarixi Muzeyi və ASCO-nun “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlıq haqqında imzalanmış Memorandum çərçivəsində baş tutub.


Memoranduma əsasən “Suraxanı” gəmi-muzeyində 200-dən çox artefaktın sərgilənməsinə xüsusi şərait yaradılıb. Artefaktların tarixini, əhəmiyyətini muzey ziyarətçilərinə çatdırmaq, həmçinin tapıntı yerlərini göstərmək, sualtı arxeoloji tədqiqatlarını işıqlandırmaq məqsədilə sərgidə interaktiv və multimedia avadanlığı qurulub, müvafiq proqramlar yaradılıb.

 

Sərgi çərçivəsində sərginin kataloqunun təqdimatı da keçirilib. Sonda qonaqlar “Xəzərin İrsi” adlı sualtı-arxeologiya sərgisini ziyarət ediblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ