Səfirdən Azərbaycan millisi barədə şok sözlər

15:54 28-03-2023 | icon 342 | İdman
Səfirdən Azərbaycan millisi barədə şok sözlər

“Elə bil, 0:8 uduzan onlar deyildi, həvəslə yeyib-içirdilər”

 

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev futbol üzrə milli komandamız barədə xatirəsini bölüşüb.

 

O, özünün “Facebook” hesabında 2005-ci ildə Polşaya 0:8 hesablı məğlubiyyətdən sonra təyyarədə gördüklərini paylaşıb.

 

“Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq. VIP-lojada Polşanın müdafiə naziri Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub: “Bu, futboldur. Hər dəqiqə hər şey dəyişə bilər”, - dedi. Dördüncü qol vurulanda isə: “Futbol boş şeydir. Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan”, - deyib ürək-dirək verdi. Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən, o da oyuna görə xəcalət çəkirdi.

 

Komandanı Varşavaya gətirən çarter reysilə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil, 0:8 uduzan onlar deyildilər. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə aldıqlarından danışırdılar. Yanaşı oturduğumuz məşqçi isə guya özünə haqq qazandırırmış kimi: “Uduzacağımızı bilirdim. Amma daha belə hesabla yox”, - dedi. Uduzmaq əhvali-ruhiyyəsi ilə gələn komanda, təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan... Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...” - deyə V.Quliyev qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ