Müdir vəzifəsi boş olan bağçaların sayı

12:19 29-03-2023 | icon 310 | Təhsil
Müdir vəzifəsi boş olan bağçaların sayı

“Hazırda təxminən 160 bağça müdiri vəzifəsi vakantdır”.

 

Bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

 

Onun sözlərinə görə, bu ilin əvvəlindən dövlət məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçən 100-dən artıq tərbiyəçi-müəllim Bakıda və bölgələrdə işlə təmin olunub:

 

“Yaxın zamanlarda bağça müdirlərinin müsabiqə əsasında işə qəbulu elan olunacaq. Hazırda təxminən 160 bağça müdiri vəzifəsi vakantdır”.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR