Argentina 16 il sonra zirvədə

12:54 30-03-2023 | icon 336 | İdman
Argentina 16 il sonra zirvədə

Böyükhesablı məğlubiyyətlər Azərbaycan millisini üç addım geri saldı

 

AVRO-2022-nin seçmə mərhələsində Avstriya və İsveçə məğlubiyyətlərin Azərbaycan yığmasının FIFA sıralamasındakı mövqeyinə necə təsir etdiyi müəyyənləşib.

 

Versus.Az xəbər verir ki, məğlubiyyətlər xal itkisinə və geriləməyə səbəb olub. İki oyunda məğlubiyyət yığmanın aktivindən ümumilikdə 9,57 xalın silinməsi ilə nəticələnib. Beləliklə, komandanın xalı 1142,25-ə düşüb.

 

Bu, yekun sıralamada millinin üç pillə geriləməsi ilə nəticələnib. Keçən siyahıda 121-ci olan komanda hazırda 124-cü yerdədir. Millinin “qonşu”ları Niger (123) və Farer adalarıdır (125).

 

Reytinq cədvəlinin ilk pillələrində də dəyişiklik var. Argentina millisi 2007-ci ildən sonra ilk dəfə 1-ci pilləyə yüksəlib. Fransa yığması da bir addım irəli gedib və 2-cidir. Braziliya isə liderliyi əldən verərək 3-cü yerə düşüb.

 

Qeyd edək ki, yeni sıralama aprelin 6-da dərc olunacaq.

 

Xatırladaq ki, Azərbaycan millisi Avstriyaya 1:4, İsveçə 0:5 uduzub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ